Xaricdə təhsilə dair Dövlət Proqramının prioritet istiqamətləri - “Çıxışa doğru”da MÜZAKİRƏ - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Xaricdə təhsilə dair Dövlət Proqramının prioritet istiqamətləri - “Çıxışa doğru”da MÜZAKİRƏ - VİDEO

S.Xankişiyeva09:11 - 02 / 03 / 2022
Xaricdə təhsilə dair Dövlət Proqramının prioritet istiqamətləri - “Çıxışa doğru”da MÜZAKİRƏ - VİDEO

Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramının prioritet istiqamətləri müəyyən edilib.

Dövlət Proqramının icrası zamanı prioritet olaraq informasiya texnologiyaları; mühəndislik; statistika və verilənlərin təhlili; fundamental və tətbiqi elmlər; ictimai səhiyyə; təhsil; ətraf mühit; aviasiya və kosmos; dövlət idarəetməsi; nəqliyyat və logistika; energetika; iqtisadiyyat; maliyyə; arxitektura və dizayn; kənd təsərrüfatı ixtisas sahələrinə üstünlük veriləcək.

1news.az-ın verdiyi xəbərə görə, AzTV-nin “Çıxışa doğru” verilişində "Xaricdə təhsilə dair Dövlət Proqramının prioritet istiqamətləri" mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları – Elza Səmədli - Xəzər Universitetinin dekanı, filologiya elmləri üzrə fəlsəfə doktoru, dosent, Fərrux Əliyev - "Yüksəliş" müsabiqəsinin qalibi, Sücaət Vəliyev - təhsil üzrə müstəqil ekspert, İnarə Əliyeva - xaricdə təhsil mütəxəssisi və Nicat Məmmədli - təhsil nazirinin müşaviri mövzu ətrafında müzakirə aparıblar.

“Çıxışa doğru” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz:

Paylaş:
693

Son xəbərlər

Bütün xəbərlər