Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO
Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir.
2020-ci ildə şirkət özünün istehsalı olan M1 çipi təchiz edilmiş “MacBook Air” notbukunu təqdim etdi. 1news.az saytının “Lifestyle” rubrikasının müəllifi olan jurnalist Feliks Vişnevski 1 həftə ərzində bu modeli sınaqdan keçirdikdən sonra öz təəssüratlarını bölüşüb.
Dizayn və xüsusiyyətləri
Bir həftə ərzində M1 çipli, 7 nüvəli qrafik prosessorlu, 256 GB-lıq SSD və 8 GP yaddaşa malik “MacBook Air” versiyasını sınaqdan keçirdim.
Mənə notbuk gündəlik işləri yerinə yetirmək üçün lazımdır. Bura internetdə səhifələrə baxış, xəbər məqalələrinin və materiallarının yazılması zamanı sənədlərlə iş, foto və videonun redaktə edilməsi və s. kimi işlər daxildir. Bu versiya belə işlər üçün idealdır. Amma əgər siz proqram tərtibatı kimi işlə məşğulsunuzsa, 16GB-lıq yaddaşa malik model seçməlisiniz.
Mənimçün notbukun səssiz işləməsi çox vacibdir, çünki səs-küy mənim diqqətimi yayındırır, işə köklənməyə imkan vermir. Notbuk həmçinin, eyni zamanda bir neçə işi görməyə imkan verməli, cərəyana qoşmadan işləməlidir. M1 çipi ilə təchiz edilmiş “MacBook Air” modeli bütün bu tələblərə cavab verir: o sakit işləyir, yüsək məhsuldarlıq nümayiş etdirir, böyük yaddaşa və saxlanca malikdir, avtonom rejimdə işləmək qabiliyyəti də yüksəkdir. Onun daha bir müsbət cəhəti təsvirin dəqiq və real olmasında, rəng palitrasının genişliyindədədir ki, bu da fotoqraflar, video redaktorları və işində rənglərin dəqiqliyi tələb olunan digər peşəkarlar üçün uyğundur.
Bu model “Touch ID” ilə sistemə giriş imkanına, 720p-lik veb-kamera genişlənməsinə, alt işıqlanmalı “Magic Keyboard” klaviaturasına və böyük “Force Touch” trekpədə malikdir. Funksional düymələrin düzülüşü də dəyişmişdir: belə ki, artıq sistemdə və “Google”-da axtarış etməyi asanlaşdıran “Spotlight” axtarış düyməsi, müəyyən işə köklənmək üçün faydalı olan “Narahat etmə”, həmçinin “Dictation” kimi düymələr var. Sonuncu düymə mətni yazmayıb səslə deyən və bununla işini asanlaşdıran və vaxtına qənaət edən mənim kimi adamlar üçün çox əlverişlidir.
Diqqətimi cəlb edən daha bir əhəmiyyətli dəyişiklik “MacBook Air”də sərinkeşin olmamasıdır. Yalnız alümin radiatorun olması sayəsində notbuk yüklənmə zamanı qızışmır və demək olar ki, səssiz işləyir. Məsələn, “Fortnite” və onun kimi digər “ağır” oyunları oynayarkən heç bir qızışma hiss etməyəcəksiniz, bu isə əladır!
Səmərəlilik
M1 çipinin sayəsində səmərəliliyi son dərəcə yüksəlmiş “MacBook Air” istifadəçi üçün xeyli yeni imkanlar yaradır. Eyni zamanda böyük resurs tələb edən 10-dan çox tətbiqi işlətməklə bu notbuku güclü sınaqdan keçirdim və o, bu sınağın öhdəsindən məharətlə gəldi. Məsələn, “Photoshop” və bir sıra digər oxşar fotoredaktor proqramları ilə işlədiyim bir zamanda “Teams” proqramında işlə bağlı video zəngə qoşulmuş, həmçinin “Chrome”da çoxsaylı xəbər əlavələri açmışdım. Bu azmış ki, bu əlavələrin birində “YouTube”da videoya baxırdım. Bu müddət ərzində “MacBook Air” notbukunun rəvan və sabit işləməsi sanki möcüzə idi.
Qeyd etmək istədiyim daha bir vacib fakt sonuncu “MacBook Air” modelinin batareyasının iş müddətinin əvvəlki modelə nisbətən 50% daha çox olmasıdır. Məsələn, mən notbuku cərəyana qoşmadan fasiləsiz 10-12 saat işləyə bildim. Daha bir müsbət cəhət yuxu rejimindən ani çıxışdır. Sınaq müddətində müşahidə etdiyim daha bir məqam “Zoom” kimi adətən çox enerji sərf edən tətbiqlərlə iş zamanı batareyanın tez boşalmamasıdır.
Ekosistem
“MacBook”un digər “Apple” cihazları ilə inteqrasiyası çox möhtəşəmdir. Məsələn, “MacBook”dan göndərilən “iMessages” və SMS-ləri “iPhone”da, “iPhone”dan göndərilənləri isə “MacBook”da görə bilərsiniz! “AirDrop” və “iCloud” kimi funksiyalar isə, qeydlərdən tutmuş şifrələrədək müxtəlif məlumatları cihazlarınız arasında mübadilə etməyə imkan verir. Bundan başqa, “Apple Watch” vasitəsilə “MacBook”u blokdan çıxarmaq, “MacBook”da hazırlamağa başladığınız təqdimat üzərində işi “iPad”də davam etdirmək, smartfon və “MacBook” arasında “AirPods”ları dəyişmək mümkündür. Bir sözlə, M1 çipi ilə təchiz edilmiş “MacBook Air” mənə lazım olan hər bir işi görmək iqtidarındadır.
M1 çipli yeni “MacBook Air” haqqında fikirlərimin yekunu olaraq deyə bilərəm ki, bu, son illərdə işlədiyim ən yaxşı notbukdur. Xoşuma gələn daha bir məqam bu məhsulun qiymət və keyfiyyət nisbətidir. 1 həftə sınaqdan keçirdikdən sonra belə qərara gəldim ki, bu notbuku mütləq almalıyam. Martın 8-dək bu məhsulu daha sərfəli şərtlərlə əldə etmək imkanının olması qərarını daha da qətiləşdirdi. Güclü, eyni zamanda yüngül və sürətli notbuk axtarışındasınızsa, “MacBook Air” modelini seçsəniz, heyslənməzsiniz!
Sınaqdan keçirmək üçün “MacBook Air” notbukunu təqdim etdiyinə görə “Apple Premium Reseller” statusuna malik “Alma Store” mağazasına minnətdarlığımızı bildiririk.
Reklam hüququnda