Əyləncə, hədiyyə, endirimlər üçün “Kontakt Home – Əhmədli” mağazasına gəlin – Açılışa ÖZƏL | 1news.az | Xəbərlər
Cəmiyyət

Əyləncə, hədiyyə, endirimlər üçün “Kontakt Home – Əhmədli” mağazasına gəlin – Açılışa ÖZƏL

Qafar Ağayev12:56 - 03 / 03 / 2022
Əyləncə, hədiyyə, endirimlər üçün “Kontakt Home – Əhmədli” mağazasına gəlin – Açılışa ÖZƏL

Hər zaman müştərilərini maraqlı təklif və yeniliklərlə sevindirən, ölkənin ən aparıcı pərakəndə satış şəbəkələrindən olan “Kontakt” bu dəfə “Əhmədli” mağazasını tamamilə yeni formatda istifadəyə verib.

1200 m2 sahəyə malik olan loft dizaynlı mağazanın 1-ci mərtəbəsində dünyanın öndə gələn brendlərinə məxsus rəqəmsal texnikası və nəqliyyat vasitələrinin, 2-ci mərtəbəsində isə böyük və kiçik məişət texnikasının geniş çeşidi yer alıb. Yəni, eviniz üçün axtardığınız hər şeyi “Kontakt Home – Əhmədli” mağazasından tapa biləcəksiniz.

Bundan başqa, martın 4-ü saat 17:00-da böyükdən kiçiyə hər kəsin əylənib hədiyyə qazana biləcəyi rəsmi açılış mərasimini qaçırmamağınızı tövsiyə edirik. Çünki “Kontakt” açılış tədbirində uşaqlarınız üçün feys art, cizgi film qəhrəmanları ilə rəqs edib şəkil çəkdirmək, böyüklər üçün isə maraqlı və dəyərli hədiyyəli yarışmalarda iştirak edib musiqili qrupun ifasından zövq almaq imkanı yaradıb.

Sevindirən təkliflər bunlarla məhdudlaşmır. Mağazaya gəlmişkən evinizə lazım olan istənilən əşyanı rəsmi açılışa özəl nağd alışda 50%-dək endirimlə, kreditlə alışda isə bütün smartfonları 12, bütün TV və məişət əşyalarını 18 ayadək ilkin ödənişsiz, həmçinin faizsizkomissiyasız almağınız mümkün olacaq.

Yalnız açılış münasibətilə və yalnız “Əhmədli” mağazasında

• 128 GB yaddaşlı Samsung Galaxy A52 smartfonunu 720 yox, cəmi 649 manata;

• Aktiv səs izolyasiyasına sahib Xiaomi blutuz qulaqlığını 65 yox, 49 manata;

• A+++ enerji sinfinə aid, 6 kq tutuma malik Electrolux paltaryuyanını 700 yox, cəmi 499 manata almağınız mümkündür.

Hissəli alışda isə

• 108sm ekran diaqonalına malik Toshiba televizoru ayda 61 manata;

• 1800 Vt-lıq Hoffmann ətçəkəni ayda 12 manata;

• No Frost əritmə sistemli LG soyuducusu isə ayda cəmi 78 manata təklif olunur.

Odur ki, Əhmədli qəsəbəsi, Məzahir Rüstəmov k., 34C ünvanında, başqa sözlə, “Bakı kinoteatrı”nın yaxınlığında yerləşən “Kontakt Home – Əhmədli” mağazasına gəlin.

Dəqiq ünvan: Xətai rayonu, Əhmədli qəsəbəsi, Məzahir Rüstəmov küçəsi 34C.

Xatırladaq ki, ölkənin ən aparıcı pərakəndə satış şəbəkələrindən olan “Kontakt” hazırda “Dyson”, “Electrolux”, “WAHL”, “Toshiba”, “Black&Decker”, “Hoffmann” kimi dünya brendlərinin Azərbaycanda eksklüziv distributoru, “Samsung”, “LG”, “Bosch”, “Huawei”, “Realme”, “Sony”, “Panasonic”, “BQ”, “Sonorous”, “Elari”, “Thomas”, “Beurer”, “Karcher”, “H Gala”, “Cassore”, “Simge” mobilya kimi 30-dan çox beynəlxalq brendin rəsmi distributoru, “Apple” brendinin ölkəmizdəki rəsmi satış mərkəzidir.

Hazırda şəbəkənin ölkə üzrə ümumilikdə 34 mağazası, Gürcüstanda 1 mağazası və kontakt.az onlayn mağazası fəaliyyət göstərməkdədir.

Reklam hüququnda

Paylaş:
1071

Son xəbərlər

Azərbaycan neftinin qiyməti 78 dolları keçibBu gün, 09:28İlham Əliyev Xankəndidə Qarabağ Universitetinin tələbə yataqxanasının təmirdən sonra açılışında iştirak edibBu gün, 09:1920 sentyabra olan valyuta məzənnələri açıqladıBu gün, 09:16Prezident Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edibBu gün, 09:10Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə edilirBu gün, 09:06Binəqədidə restoranda yanğın olubBu gün, 09:06Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə paylaşım edibBu gün, 09:03Murad İsmiyevin növbəti uğuru - FOTO19 / 09 / 2024, 19:12Nəsimidə qəzaya görə yola qoyulan məhdudiyyət aradan qaldırılıb - FOTO - YENİLƏNİB19 / 09 / 2024, 18:27Azərbaycan komandası “Teknofest”də yarışın qalibi olub19 / 09 / 2024, 17:47Silk Way West Airlines Qlobal Hava Yükdaşıma Partnyoru kimi COP29-a qoşuldu19 / 09 / 2024, 17:45İlham Əliyev Ağdam rayonunun Eyvazxanbəyli kəndinin təməlqoyma mərasimində iştirak edib - YENİLƏNİB19 / 09 / 2024, 17:43Azərbaycanda ötən il ilk dəfə nikaha daxil olanların yaş qrupları açıqlanıb19 / 09 / 2024, 17:35Paytaxtın daha bir küçəsində hərəkət qismən məhdudlaşdırılacaq19 / 09 / 2024, 17:23Suraxanıda saxta yuyucu vasitələr istehsal edən sex aşkarlandı19 / 09 / 2024, 17:10“Neftçi” böhran içində: Kimdir müqəssir, yaxud çıxış yolu nədədir?19 / 09 / 2024, 17:08Muxtar Babayev BMT nümayəndəsi ilə COP29-la bağlı hazırlıq tədbirlərini müzakirə edib19 / 09 / 2024, 17:05Prezident Şuşada Bayraq Meydanının açılışında iştirak edib19 / 09 / 2024, 16:59“Neftçi” Qara Qarayevlə müqaviləyə xitam verib19 / 09 / 2024, 16:46ADY və “TCDD Taşımacılık” Orta Dəhlizlə yükdaşımakların artırılmasını müzakirə edib19 / 09 / 2024, 16:44
Bütün xəbərlər