British Council və Böyük Britaniyanın Azərbaycandakı Səfirliyi yeddinci Britaniya Film Festivalına start verir | 1news.az | Xəbərlər
Cəmiyyət

British Council və Böyük Britaniyanın Azərbaycandakı Səfirliyi yeddinci Britaniya Film Festivalına start verir

Qafar Ağayev17:12 - 04 / 03 / 2022
British Council və Böyük Britaniyanın Azərbaycandakı Səfirliyi yeddinci Britaniya Film Festivalına start verir

Birləşmiş Krallıq və Azərbaycan arasında diplomatik münasibətlərin otuzuncu ildönümü ərəfəsində British Council, Böyük Britaniya səfirliyi və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə əməkdaşlıq edərək hər il keçirilən Britaniya Film Festivalının yeddinci buraxılışına start verir.

1news.az xəbər verir ki, festival bu il filmlərin 3-15 mart 2022-ci il tarixlərində Nizami Kino Mərkəzi və YARAT Müasir İncəsənət Məkanında nümayiş etdirilməsi ilə keçiriləcək.

Biz ən həyəcanverici, düşündürücü və bəyənilən yeni filmləri Birləşmiş Krallıqdan Azərbaycana gətiririk. Britaniya Film Festivalının 2022-ci il buraxılışı qlobal iqlim təhlükəsini əməkdaşlıq, dialoq və fəaliyyət imkanları yaradaraq diqqət mərkəzinə çəkir.

Festival Oskar laureatı aktyorlar Cim Brodbent və Helen Mirrenin unudulmaz tərəfdaşlığı ilə ekranlarda iz qoyan, oğurluq və ədalət uğrunda mübarizədən bəhs edən "HERSOQ" retro-komediyası ilə açılacaq. "İNSANLAR İQLİM DƏYİŞİKLİYİNƏ QARŞI" və "SƏRHƏDLƏRİN MƏHVİ: PLANETİMİZ HAQQINDA ELM" sənədli filmləri bütün diqqətimizi iqlim təhlükəsinə və bəşəriyyətin planetimizi xilas etmək üçün nə edə biləcəyinə çəkəcək.

Azərbaycanda Britaniya Film Festivalı British Council-ın Azərbaycandakı nümayəndiliyi, Böyük Britaniyanın Azərbaycandakı Səfirliyi və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən təqdim edilir.

Bütün filmlər ingilis dilində nümayiş etdiriləcək. Festivalın treylerinə buradan baxa bilərsiniz: http://bit.ly/britishfilmfestival

Biletləri Nizami Kino Mərkəzinin kassalarından və www.nizamicinema.az saytından əldə edə bilərsiniz.

Böyük Britaniyanın Azərbaycan Respublikasındakı səfiri cənab Ceyms Şarp:

“Mən ürəkdən sevinirəm ki, British Council-ın daha bir neçə mükəmməl Britaniya filmini Azərbaycana gətirməsini dəstəkləyə bilmişik. Bu il həm Birləşmiş Krallıq və Azərbaycan münasibətlərinin otuzuncu ildönümü olmasına görə, həm də keçən ilin noyabrında keçirilmiş Qlazqo İqlim Sammitinin nəticələrini tez zamanda tətbiq edə bildiyimizə görə çox vacibdir. Builki festivalın mövzusu iqlim dəyişikliyidir və biz filmlərin auditoriyanı əyləndirəcəyinə, maarifləndirəcəyinə və insanlara ilham verəcəyinə ümid edirik”.

British Council-ın Azərbaycan üzrə direktoru Frensis Qardener-Trexo:

“Yeddinci Britaniya Film Festivalı ilə Birləşmiş Krallığın ən yeni və yaxşı filmlərini Azərbaycan auditoriyasına təqdim etməkdən sevinc duyuruq. Bunu yenidən şəxsən etmək və əsl kinoteatr təcrübəsi yaşamaq üçün yenidən kinoteatrlara gələn insanları qarşılamaq daha da xoşdur. Builki mövzu iqlim dəyişikliyi ilə mübarizə baxımından çox əlamətdar vaxta təsadüf edir və film istehsalının maarifləndirmədə, müzakirələrin yaranmasında və daha yaxşı gələcək üçün qlobal həll yollarına töhfə verməkdə oynadığı rolu nümayiş etdirir”.

Paylaş:
988

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlərBu gün, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblərBu gün, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcəkBu gün, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHIBu gün, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18
Bütün xəbərlər