Ayaqüstü qidalar insan sağlamlığı, xüsusən uşaqlar üçün hansı təhlükəni yaradır? - “Çıxışa doğru”da MÜZAKİRƏ – VİDEO
Müasir dövrdə insanların qida rasionunda “fast food” (ayaqüstü qidalar) üstünlük təşkil edir. Həm baha satılan, həm də sağlamlıq problemlərinə yol açan bu qidaları uşaqdan tutmuş yaşlıya qədər əksər insanlar xoşlayır və çoxları zərərini bilə-bilə onları qəbul edir.
Əvvəllər isti ocaqda, təbii məhsullardan bişirilən və süfrə ətrafında yeyilən yeməkləri hazırda mənşəyi bəlli olmayan süni qidalar əvəzləməkdədir. Son illər ofislərdə, təhsil ocaqlarında, istirahət və əyləncə mərkəzlərində, restoranlarda, parklarda süni qidalar - “fast-food” məhsullarının ticarəti geniş yayılıb. Havaların getdikcə istiləşməsini nəzərə alsaq, deyə bilərik ki, belə qidalar insan sağlamlığı üçün həm də təhlükə mənbəyinə çevrilə bilər.
1news.az-ın verdiyi xəbərə görə, AzTV-nin “Çıxışa doğru” verilişində "Ayaqüstü qidalar insan sağlamlığı, xüsusən uşaqlar üçün hansı təhlükəni yaradır?" mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları – Elsevər Fərzəliyev - Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) "Mühəndislik və tətbiqi elmlər" kafedrasının "Qida mühəndisliyi" bölməsinin dosenti, Sveta Rəfiyeva - tibb üzrə fəlsəfə doktoru, Azərbaycan Tibb Universitetinin müəllimi, Mərahim Nəsib - jurnalist, yazar və Ramidə Məmmədova - ailə və uşaq psixoloqu mövzu ətrafında müzakirə aparıblar.
“Çıxışa doğru” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz: