Polis Sabunçuda əxlaqsızlıq yuvasını basıb: saxlanılan var – FOTO
Polis tərəfindən sosial şəbəkələrdə paylaşılan məlumat əsasında Sabunçu qəsəbəsi ərazisində yerləşən kafelərin birində əxlaqsızlıq yuvası təşkil olunması müəyyən edilib.
1news.az-ın verdiyi xəbərə görə, bu barədə DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Facebook səhifəsində qeyd edib:
“Əxlaqsızlıq yuvasını təşkil etməkdə şübhəli bilinən kafenin icarədarı, Balakən rayon sakini, əvvəllər də fahişəliyə cəlb etmə və əxlaqsızlıq yuvaları saxlamaya görə məhkum olunmuş Sona Cumayeva saxlanılıb”.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 243-cü (fahişəliyə cəlb etmə) və 244-cü (əxlaqsızlıq yuvaları saxlama) maddələri ilə cinayət işi başlayıb. İstintaq hərəkətləri davam etdirilir”.