Azərbaycana 38 sm qar yağıb – FAKTİKİ HAVA
Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətinən 1news.az-a verilən məlumata görə, bəzi yerlərdə şimşək çaxıb, arabir yağıntılı olub, Qrız, Xınalıq, Daşkəsən, Gədəbəy, Şahdağ, Sarıbaş (Qax), Ləzədə qar yağıb, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənib. Səhər saatlarında Bakı şəhərinin bəzi ərazilərdə qısamüddətli yağış yağıb.
Yağıntı: Kürmükçay İlisuda (Qax) 3.0 mm, Əyriçay Başdaşağılda (Oğuz) 23.0 mm, Şinçay (Şəki), Ləzədə (Qusar) 15.0 mm, Şahdağda 14.0 mm, Zaqatalada 13.0 mm, Xınalıqda 10.0 mm, Kişçayda (Şəki) 9.0 mm, Balakən, Oğuz, Şəkidə 8.0 mm, Sarıbaşda (Qax) 7.0 mm, Ağdərə (Ordubad), Şahbuzda 5.0 mm, Tovuzda 4.0 mm, Sədərək, Daşkəsəndə 3.0 mm, Qrız, Qəbələdə 2.0 mm, Naxçıvan, Şərur, Göygöl, Gəncə, Şəmkir, İsmayıllı, Mingəçevir, Şirvan, Qobustan, Quba, Qusar, Xaltan, Acınohur, Bərdə, Göyçay, Salyan, Lerik, Maştağada 1.0 mm-dək olub.
Qar örtüyünün hündürlüyü Şahdağda 38 sm, Qrızda 8 sm olub.