Sevdiklərinizi “Bang & Olufsen”dən hədiyyələrlə sevindirin! - FOTO
8 Mart - Beynəlxalq Qadınlar Günü sevdiklərinizə nə hədiyyə edəcəyinizi bilmirsiniz? Onları “Bang & Olufsen” brendindən dəbli hədiyyələrlə sevindirin!
“Beosound A1 2nd Gen” – portativ “Bluetooth” kolonkası
“Beosound A1 2nd Gen” toz və rütubətdən tam şəkildə qorunan, zərif, incə korpusu, uzunmüddətli avtonom iş vaxtı (standart səs gurluğu ilə 18 saatadək iş rejimi) və yenilənmiş istifadəçi interfeysi ilə fərqlənir. Möhkəmliyi və istifadəsi sadəliyi ilə diqqəti cəlb edir.
“Beosound A1 2nd Gen” kolonkasının eleqant forması və unikal cizgiləri tanınmış danimarkalı dizayner Sesiliya Maynts ilə əməkdaşlıq çərçivəsində ərsəyə gətirilib. Kolonka yüngül korpusa və konusşəkilli oturacağa malikdir. Dəbli dəri kəmər məhsulun portativliyini təmin edir.
Kolonka gur səsli rabitə üçün istifadə edildikdə “Beosound A1 2nd Gen”ə daxil olan 3 mikrofon səsin yüksək dəqiqliyini təmin edir. Bu dostlarınız və ailənizlə şən və sadə şəkildə ünsiyyət qurmağa imkan verir. Dinamikdən biznes konfrans üçün istifadə etmək istədikdə “Microsoft Swift Pair” və “Google Fast Pair” sürətli kökləməni təmin edir.
“Beosound Explore” – səfərə hazır kolonka
“Beosound Explore” səfərlər üçün nəzərdə tutulmuş və sizə musiqinin müşayiəti altında zirvələr fəth etməyə imkan verən möhkəm və etibarlı kolonkadır. Yüngül, sukeçirməyən və əla işləmə vaxtına malik “Beosound Explore” “Bang & Olufsen” şirkətinə xas səs imkanlarını və Skandinaviya üslubunda hazırlanmış dizaynı özündə birləşdirəm ideal küçə kolonkasıdır.
Ovuca yerləşən və hər toxunuşdan həzz alacağınız “Beosound Explore” elə dəqiqliklə layihələndirilib ki, həmişə özünüzlə götürə bilərsiniz. Bunun üçün sadəcə səfərə çıxarkən onu qayışa bağlamaq, çantaya bənd etmək və ya sadəcə özünüzlə götürmək kifayətdir.
“Beosound Explore” bütün xarici təsirlərə dayanıqlı ən möhkəm kolonkamız kimi işlənib hazılanıb. Toz və rütubətdən qorunan dinamik cızıqlara qarşı dayanıqlı II tipli anodlaşdırılmış alümin tipli səthə malikdir. Öz ölçüsünə görə müstəsna səs keyfiyyəti “Beosound Explore” kolonkasını bütün macəralar zamanı ideal yol yoldaşına çevirir”, - “Bang & Olufsen” şirkətinin məhsulların idarə edilməsi üzrə baş vitse-prezidenti Kristofer Poulsen bildirib.
“Beoplay EQ” – əsl musiqidən zövq alın
“Beoplay EQ” qulaqlıqlarını yaradarkən üzərimizə müştərilərimizin gözləntilərini doğrultmaq öhdəliyi götürdük. Səfərə çıxarkən, işləyərkən və ya sadəcə zövq almaq üçün qulaqlıqlardan istifadə edib-etmələrindən asılı olmayaraq, bu öhdəlik daim qüvvədədir. Komfort üçün işlənib hazırlanmış erqonomik qulaqlıqlar güclü və orijinal səsi təmin edir ki, bu da onları dizayn və musiqi həvəskarları üçün əvəzedilməz edir. Möhkəm alümin enerji qutusu, həmçinin adaptiv və aktiv küybatırıcı xüsusiyyəti sayəsində “Beoplay EQ” harada olmağınızdan asılı olmayaraq, dinləmədən inqilabi təəssüratla ayrılacaqsınız” - “Bang & Olufsen” şirkətinin məhsulların idarə edilməsi üzrə baş vitse-prezidenti Kristofer Poulsen deyib.
Kiçik və erqonomik forması sayəsində dəbdəbəli, lakin funksional “Beoplay EQ” qulaqlıqları rahat və etibarlı şəkildə oturur. Tər və suya davamlı bu qulaqlıqlar dəyişdirilə bilən, müxtəlif ölçüsü ucluqlarla təqdim edilir, bu isə onları müxtəlif formalı qulaqlar üçün uyğun hala gətirir. Bu xüsusiyyətlər “Beoplay EQ” qulaqcıqlarını işə gedərkən və uzunmüddətli istifadə üçün ideal edir.
“Bang&Olufsen” məhsullarını əldə edə biləcəyiniz rəsmi tərəfdaş mağazalar:
Kontakt.az, almastore.az, irshad.az, italdizain.az
“Bang & Olufsen” şirkəti haqqında
“Bang & Olufsen” 1925-ci ildə Danimarkanın Struer şəhərində əsası qoyulmuş lüks səs brendidir. Şirkətin yaradıcıları olan Piter Banq və Svend Olufsenin yanaşması və işə sadiqliyi indiyədək şirkətin fəlsəfəsinin əsasını təşkil edir. Təxminən bir əsrə yaxın müddətdir ki, “Bang & Olufsen” şirkəti səs texnologiyaları haqqında təsəvvürləri genişləndirir və akustik innovasiyaların ön cərgəsində qalmaqda davam edir.
Şirkətin məhsulları bu gün də gözəl musiqinin, zamanı qabaqlayan dizaynın və təkraredilməz ustalığın unikal ahəngini təcəssüm etdirir. Şirkətin yenilikçi və qabaqcıl məhsulları bütün dünyada “Bang & Olufsen” mağazalarında, bang-olufsen.com saytı vasitəsilə və bir sıra pərakəndə satış mağazalarında satılır.
Reklam hüququnda