“Veysəloğlu” MMC ilə bağlı qərar qəbul olunub
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “Veysəloğlu” MMC-yə qarşı antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlaməti üzrə qaldırılmış işə xitam verib.
Bu barədə 1news.az-a Dövlət Xidmətindən məlumat verilib.
Bildirilib ki, işəbaxma zamanı MMC tələb olunan sənəd və məlumatları tam həcmdə təqdim edərək gecikmənin səbəbini şirkətdə yaranan texniki problemlərlə əlaqələndirib.
“Veysəloğlu” MMC bu cür halların təkrarlanmayacağına dair öhdəlik götürüb və qaldırılmış işə xitam verilib.
Xatırladaq ki, Dövlət Xidmətinə tələb olunan sənəd və məlumatları təqdim etmədiyinə görə “Veysəloğlu” MMC-yə qarşı antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlaməti üzrə iş qaldırılmışdı.