Bakıda sərnişin avtobusu qəza törədib | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda sərnişin avtobusu qəza törədib

12:01 - 08 / 03 / 2022
Bakıda sərnişin avtobusu qəza törədib

07 mart 2022-ci il tarixində saat 20:30 radələrində Suraxanı rayonu Yeni Bahar yaşayış massivində yol nəqliyyat hadisəsi baş verib. Belə kİ, “Azlənd-Plaza” MMC-nin müvəqəti istismarında olan 161 saylı müntəzəm marşrut xətti üzrə avtobus Suraxanı qəsəbəsi istiqamətində hərəkətdə olan zaman UAZ markalı yük avtomobili qarşısına çıxıb.

1news.az bildirir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev sosial şəbəkədə paylaşım edib. Məlumata görə, avtobusun sürücüsü toqquşmadan yayınmaq üçün avtobusu yol kənarındakı boş əraziyə yönəldib. Hadisə vaxtı avtobusda sərnişinlərin olmasına baxmayaraq xəsarət alan olmayıb.

Bəzi informasiya saytlarında bu hadisə zamanı guya 12 nəfərin xəsarət alması barədə yayılan məlumatlar isə həqiqəti əks etdirmir. Qeyri-müəyyən mənbəyə istinadən verilən bu cür məlumatlar insanlar arasında çaşqınlıq yaradır. KİV nümayəndələrindən qeyri-müəyyən mənbələrdən əldə etdikləri məlumatlar əsasında xəbər hazırlayarkən müvafiq dövlət qurumları ilə dəqiqləşdirmələr aparmalarını xahiş edirik.

1news.az

Paylaş:
490

Son xəbərlər

Bütün xəbərlər