Bakıda polis bölməsində qadın həyat yoldaşını bıçaqlayıb? - DİN-dən AÇIQLAMA
Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin həyətində qadının həyat yoldaşını bıçaqlaması ilə bağlı yayılan informasiyalar həqiqə uyğun deyil.
Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, vətəndaş H.Nadirov DİN-in 102 xidməti zəng mərkəzinə müraciət edərək həyat yoldaşı J.Nadirovanın ona övladlarını göstərməməsi səbəbindən intihar edəcəyini bildirib: "Daha sonra həmin şəxs polislər tərəfindən şöbəyə dəvət edilib. Orada onunla profilaktik söhbət aparılıb. H.Nadirovun həyat yoldaşı J.Nadirova da polis şöbəsinə dəvət edilib.Onlara aralarında yaranan mübahisənin həlli üçün məhkəməyə müraciət etmələri tövsiyyə edilib. Hər iki şəxs polis şöbəsinin inzibati ərazisini tərk edəndən sonra H.Nadirov təkrar polisə müraciət edərək qadının küt alətlə onun qol nahiyyəsinə xəsarət yetirdiyi barədə şikayət edib. Hadisə şöbənin inzibati binasında və ya həyətində vaş verməyib. Daha sonra hər iki şəxs yenidən şöbəyə gətirilib onların izahatları alınıb. Hadisə ilə bağlı ekspertiza təyin edilib. Araşdırmaların yekunudan və ekspertizanın rəyindən sonra hadisəyə hüquqi qiymət veriləcək".