Kamaləddin Qafarov: “Azərbaycanı hansısa təzyiq altına salmaq mümkün deyil” | 1news.az | Xəbərlər
Cəmiyyət

Kamaləddin Qafarov: “Azərbaycanı hansısa təzyiq altına salmaq mümkün deyil”

S.Xankişiyeva11:05 - 09 / 03 / 2022
Kamaləddin Qafarov: “Azərbaycanı hansısa təzyiq altına salmaq mümkün deyil”

“İki il bundan öncə, 2020-ci il mart ayının 10-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə altıncı çağırış Milli Məclisin ilk iclası keçirilmişdir. O zaman dövlət başçısı parlamentdə dərin məzmunlu və əhatəli çıxış etmişdi.

Qeyd olunmuşdu ki, növbədənkənar seçkilərin keçirilməsinin əsas səbəbi islahatları dərinləşdirmək, Milli Məclisin işini təkmilləşdirməkdir. Belə bir vacib məqam da diqqətə çatdırılmışdı ki, seçkilərin nəticələrinə dair verilmiş obyektiv beynəlxalq qiymət kifayət qədər yüksək olmuş və Avropa İttifaqı seçkilərin keçirilməsi ilə əlaqədar çox obyektiv bəyanat vermişdir.”.

Bu fikirləri mətbuata verdiyi açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov deyib. Millət vəkili bildirib ki, Prezident İlham Əliyevin altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında etdiyi çıxışında toxunduğu ən vacib məsələlərdən biri də çoxpartiyalılığın Azərbaycan siyasi sisteminin inkişafında yeri və rolu ilə bağlı olub: “Altıncı çağırış Milli Məclis bir çox partiya deputatlarının təmsil olunduğu məclisdir. Bu da onun nəticəsidir ki, ölkədə həyata keçirilən siyasi islahatlar öz nəticəsini verib və seçkilərdə bütün siyasi qüvvələr iştirak ediblər. Ölkə Prezidentinin öz çıxışında qaldırdığı məsələlər sırasında xüsusilə çoxpartiyalılığın Azərbaycanın siyasi sisteminin inkişafında yeri və rolu ilə bağlı məqam vurğulanıb. Dövlət başçısı 2018-ci ilin aprel ayında keçirilən prezident seçkilərindən sonra ölkədə dərinləşən islahatlar kursuna start verildiyini və bu islahatlar kursunun bütün sferaları əhatə etdiyini diqqətə çatdırdı. Bildirdi ki, islahatlar nəticəsində Prezident Administrasiyasında, Nazirlər Kabinetində, yerli mərkəzi icra hakimiyyəti orqanlarında struktur və kadr dəyişiklikləri həyata keçirilmişdir. Reallıqlar fonunda təbii olaraq, Milli Məclisdə də dəyişikliklərin aparılması məntiqi zərurətdən irəli gəlirdi. Fevralın 9-da Milli Məclisə keçirilən seçkilərdə xalqın iradəsini əks etdirən parlament heyəti formalaşdı. Bu gün müxalifət partiyalarının nümayəndələri Milli Məclisin rəhbərliyində və komitələrin rəhbərliyində təmsil olunurlar. Bu, çox mühüm məsələdir və bir daha onu göstərir ki, Milli Məclis çoxpartiyalılıq prinsipi əsasında formalaşıb. Prezident Administrasiyasının nümayəndələri mütəmadi olaraq bütün siyasi qüvvələrin rəhbərləri ilə görüşlər keçirirlər” .

Millət vəkili bu gün qarşıda duran vacib və aktual məsələlərin gənc nəslin Vətənə məhəbbət, dövlətə sədaqət, milli ənənələrə hörmət ruhunda tərbiyə olunması ilə bağlı olduğunu vurğulayıb: “Əsl vətənpərvərlik fədakarlıq, qəhrəmanlıq və məğlubedilməzlik hissi yaradır, mübarizədə inam hissini gücləndirir. Məhz bu hisslər şanlı Azərbaycan Ordusuna Vətən müharibəsində qələbə qazanmaq əzmi verdi. Ulu Öndər Heydər Əliyevin “Vətənpərvərlik insanın canından, qanından gəlməlidir. “Hər kəs bu Vətənin övladıdır və hər kəs bu vətənə borcludur” fikri bu gün gəncliyin əsas amalına çevrilib. Azərbaycan Prezidenti İlham Əliyevin altıncı çağırış Milli Məclisin ilk iclasında bu məsələ ilə bağlı söylədiyi fikirlər də bir daha təsdiqləyir ki, gənc nəslin milli və hərbi-vətənəprvərlik hissləri ilə tərbiyə olunmasında dövlətlə xalqın üzərinə düşən vəzifə eynidir. Dövlət başçısı qeyd edib ki, milli-mənəvi və ənənəvi dəyərlərimizin qorunması ilə bağlı qanunvericilik bazası daha geniş olmalıdır. Azərbaycanın əhalisinin əksəriyyəti gənclərdir. Ölkəmizdə demoqrafik mənzərə çox müsbətdir. Ona görə gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların fəal işə cəlb edilməsi, vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində qanunvericilikdə yeni addımlar atılmalıdır.

“Son illər xalqın ölkədə özünü müxalifət adlandıran və tamamilə biabırçı şəkildə fəaliyyətini davam etdirən qruplaşmadan əli tam üzülüb, onlara heç bir inam qalmayıb. Ona görə də ölkə xaricindəki məkrli qüvvələr yeni “beşinci kolon”un yaradılmasına çalışırlar. Hazırkı “beşinci kolon” öz sahiblərinin etimadını doğrultmur. Bu kolon Azərbaycanda nə çevriliş, nə də “inqilab” edə bilib, xalqın dəstəyini qazanmayıb, ancaq onlara müntəzəm olaraq verilən pulları mənimsəyib, beləliklə, öz havadarlarını pis vəziyyətə qoyublar. Dövlət başçısının vurğuladığı kimi, bu gün dünyada elə bir siyasi qüvvə yoxdur ki, Azərbaycana nəyisə diktə etsin, yaxud hansısa qərarı qəbul etdirsin. Nə qədər ki, Azərbaycan Ulu Öndər Heydər Əliyevin siyasi kursu ilə idarə olunur, bütün sahələrdə inkişafını davam etdirəcək, belə xam xəyallara düşənlər isə hökmən uduzacaqlar. Azərbaycanı hansısa təzyiq altına salmaq cəhdləri, yaxud da sanksiyalarla hədələmək mümkün deyildir” – deyə K.Qafarov vurğulayıb.

Paylaş:
461

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər