Dövlət Xidməti “Azərbaycan Dəmir Yolları” barədə iş qaldırıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Dövlət Xidməti “Azərbaycan Dəmir Yolları” barədə iş qaldırıb

S.Xankişiyeva14:33 - 10 / 03 / 2022
Dövlət Xidməti “Azərbaycan Dəmir Yolları” barədə iş qaldırıb

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən dəmir yolu vasitəsilə xidmətlərin göstərilməsi sahəsində antiinhisar qanunvericiliyinin tələblərinə əməl olunması vəziyyəti üzrə araşdırmalar aparılıb.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə qurumdan bildirilib.

Məlumata görə, araşdırmalar nəticəsində vaqonların (əsas vəsaitlərin) icarəyə verilməsi, dəmir yolu daşımaları, habelə tarif və güzəştlərin tətbiqi ilə bağlı rəqabətin pozulması əlamətləri üzrə antiinhisar qanunvericiliyinə əsasən “Azərbaycan Dəmir Yolları” QSC barədə iş qaldırılıb.

Paylaş:
590

Son xəbərlər

Bütün xəbərlər