Narkomaniyaya qarşı mübarizədə ailənin və məktəbin rolu - “Çıxışa doğru”da MÜZAKİRƏ – VİDEO
Narkomaniya “ağ ölüm”dür, həyatdan üz çevirməkdir. “Narkomaniya” və “ölüm” sözləri bu gün insanların təsəvvüründə sinonimə çevrilib.
Bu bəlaya qarşı mübarizə aparmaq lazım olduğu qədər də asan deyil. Hər şeyin gizlində, inanılmaz adamların ailəsində və yaxınlarında baş verdiyindən təəccübünü gizlədə bilmirsən.
İki ildən artıqdır ki, COVID -19 pandemiyası ilə ölüm-qalım savaşında olan ölkəmizdə narkomaniyanın yeniyetmələr arasında geniş yayılması inkarolunmaz faktdır. Hüquq-mühafizə orqanlarının gündəlik məlumatlarından, televiziya görüntülərindən aydın olur ki, narkotik vasitələrin istifadəçilərinə qarşı mütəmadi olaraq inzibati tədbirlər həyata keçirilir. Ekspertlərin fikrincə, dövlət orqanları ilə yanaşı, ictimai təşkilatların, bu sosial bəladan məlumatlı olan ailələrin və cəmiyyət üzvlərinin bu işdə mübarizliyi, fəallığı mütləq şəkildə gərəklidir
1news.az-ın verdiyi xəbərə görə, AzTV-nin “Çıxışa doğru” verilişində "Narkomaniyaya qarşı mübarizədə ailənin və məktəbin rolu" mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları – Ramiz Alıyev - narkomaniya üzrə ekspert, Taryel Faziloğlu - psixoloq, Zaur Əliyev - "Həyat Naminə" Reabilitasiya Mərkəzinin müdr müavini və Nəcəf Aydınoğlu - DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı mövzu ətrafında müzakirə aparıblar.
“Çıxışa doğru” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz: