Bu gün 225 nəfər koronavirusa yoluxub – STATİSTİKA | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu gün 225 nəfər koronavirusa yoluxub – STATİSTİKA

S.Xankişiyeva15:37 - 11 / 03 / 2022
Bu gün 225 nəfər koronavirusa yoluxub – STATİSTİKA

Azərbaycanda bu gün koronavirus infeksiyasına 225 yeni yoluxma faktı qeydə alınıb, 583 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 14 nəfər COVID-19-dan dünyasını dəyişib.

İndiyədək ölkədə ümumilikdə 790 378 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 778 543 nəfər müalicə olunaraq sağalıb, 9 589 nəfər vəfat edib. 2 246 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 161, bu günə qədər isə ümumilikdə 6 622 919 test icra olunub.

Paylaş:
670

Son xəbərlər

Bütün xəbərlər