“Bakcell”in yeni konsept mağazası Bərdədə - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Bakcell”in yeni konsept mağazası Bərdədə - VİDEO

17:34 - 11 / 03 / 2022
“Bakcell”in yeni konsept mağazası Bərdədə - VİDEO

Bərdə şəhərində “Bakcell”in yeni konsept mağazası açılıb. Müştərilərin rahatlığını təmin etmək məqsədilə yeni mağaza tam olaraq müştəri yönümlü yanaşma üzərində qurulub.

Bərdə şəhəri, Ü.Hacıbəyli küçəsində (Hərbi Polis idarəsi ilə üzbəüz) yerləşən mağaza özündə müştəri xidməti və satış funksiyasını birləşdirir. Burada Bərdə sakinlərinə şirkətinin məhsul və xidmətərinin tam çeşidi ilə yanaşı, mobil nömrələr və aksessuarlar təklif edilir.

Qeyd edək ki, bu, “Bakcell”in Azərbaycanın regionlarında açılmış ikinci konsept mağazasıdır. Şirkət bu ilin sonunadək bir neçə yeni mağazanın açılışını planlaşdırıb.

2021-ci ildə Bakcell şəbəkəsi növbəti dəfə Ookla® tərəfindən "Azərbaycanın ən sürətli mobil şəbəkəsi" adına layiq görülüb. Bu gün Bakcell şəbəkəsi 9 minə yaxın baza stansiya sayəsində Azərbaycan əhalisinin 99.9%-ni, ölkə ərazisinin isə 92.6%-ni əhatə edir.

Paylaş:
391

Son xəbərlər

Bütün xəbərlər