Dövlət Komitəsi Gəncədə hamilə qalan yeniyetmə ilə bağlı məlumat yayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Dövlət Komitəsi Gəncədə hamilə qalan yeniyetmə ilə bağlı məlumat yayıb

Qafar Ağayev11:43 - 11 / 03 / 2022
Dövlət Komitəsi Gəncədə hamilə qalan yeniyetmə ilə bağlı məlumat yayıb

Sosial şəbəkələrdə Gəncə şəhəri, Kəpəz rayon sakini, xüsusi qayğıya ehtiyacı olan, yetkinlik yaşına çatmayan qızın 62 yaşlı qonşusu tərəfindən zorakılığa məruz qalması və hazırda hamiləliyin 7-ci ayında olması ilə bağlı fakt Ailə, Qadın və Uşaq Problemleri üzrə Dövlət Komitəsi tərəfindən araşdırılıb.

1news.az xəbər verir ki, bunu Komitənin mətbuat xidmətinin rəhbəri Teymur Mərdanoğlu bildirib. Onun sözlərinə görə, Gəncə Şəhər İcra Hakimiyyəti yanında yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyası və Daxili İşlər Nazirliyi ilə dərhal əlaqə saxlanılıb. Məsələ ilə bağlı,Gəncə Şəhər Prokurorluğunda cinayət işi açılıb:

"Bu gün azyaşlının psixoloji vəziyyətinin qiymətləndirilməsi və ona psixoloji dəstək göstərilməsi məqsəd ilə Komitənin nəzdində fəaliyyət göstərən Goranboy Uşaq və Ailələrlə Dəstək Mərkəzinin əməkdaşları ailəyə səfər edəcəklər".

Paylaş:
684

Son xəbərlər

Bu gün Milli Teatr Günüdür

10 / 03 / 2025, 15:34
Bütün xəbərlər