Bu gün 197 nəfər koronavirusa yoluxub – STATİSTİKA | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu gün 197 nəfər koronavirusa yoluxub – STATİSTİKA

S.Xankişiyeva16:42 - 12 / 03 / 2022
Bu gün 197 nəfər koronavirusa yoluxub – STATİSTİKA

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 197 yeni yoluxma faktı qeydə alınıb, 468 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 1news.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 10 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 790 575 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 779 011 nəfər müalicə olunaraq sağalıb, 9 599 nəfər vəfat edib. 1 965 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 528, bu günə qədər isə ümumilikdə 6 628 447 test icra olunub.

Mövzu ilə əlaqədar oxuyun:

Azərbaycanda 13 milyondan çox vaksin vurulub

Paylaş:
685

Son xəbərlər

Bütün xəbərlər