“Uşaq Qaynar Xətt” xidməti Fövqəladə Hallar Nazirliyi ilə əməkdaşlığa başladı | 1news.az | Xəbərlər
Cəmiyyət

“Uşaq Qaynar Xətt” xidməti Fövqəladə Hallar Nazirliyi ilə əməkdaşlığa başladı

Qafar Ağayev15:25 - 14 / 03 / 2022
“Uşaq Qaynar Xətt” xidməti Fövqəladə Hallar Nazirliyi ilə əməkdaşlığa başladı

“Azercell Telekom” MMC-nin dəstəyi ilə yaradılan və fəaliyyət göstərən “Azərbaycan Uşaq Qaynar Xətt” (AUQX) xidmətinin əməkdaşlıq etdiyi dövlət qurumları sırasına Fövqəladə Hallar Nazirliyi (FHN) də əlavə olundu.

Mart ayından başlayan yeni əməkdaşlıq çərçivəsində Fövqəladə Hallar Nazirliyinin “112” xidmətinə uşaq və yeniyetmələr tərəfindən daxil olan müraciətlər birbaşa olaraq “Uşaq Qaynar Xətti”nə yönləndiriləcək. Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə köməksiz halda olan insanlar, o cümlədən uşaq və yaşlılar da müraciət edirlər. Odur ki, yeni əməkdaşlıq ağır vəziyyətlə üzləşən azyaşlılara kömək etmək, baş verə biləcək hər hansı bədbəxt hadisənin qarşısını almaq, psixoloji basqı və zorakılıqla üzləşən yeniyetmələrə dərhal peşəkar yardımın göstərilməsi baxımından çox əhəmiyyətlidir.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə günün istənilən vaxtı sabit şəbəkə telefonlarından (ATS), bütün növ taksofonlardan və mobil operatorlardan ödənişsiz olaraq zənglər qəbul olunur.

“Azərbaycan Uşaq Qaynar Xətt” xidməti hər il müxtəlif çətinliklərlə üzləşən minlərlə uşaq və yeniyetməyə təmənnasız yardım edir. Hüquqları pozulan uşaqları psixoloji və fiziki zədələrdən qorumaq məqsədi daşıyan bu mərkəz 11 ildən artıqdır ki, “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyi, Azercell Telekom, UNİCEF Azərbaycan, həmçinin uşaq problemləri sahəsində çalışan dövlət qurumları ilə birgə əməkdaşlıq sayəsində gərgin işini davam etdirir. Bu müddətdə AUQX 53.000-dən çox müxtəlif xarakterli müraciət cavablayıb. Mərkəzə daxil olan bütün müraciətlər məsləhətçi-hüquqşünas, psixoloq və sosial işçilər tərəfindən dinlənilir. Zəng edənlərə lazımi məsləhətlər verilir, bəzi hallarda isə onlar müvafiq qurumlara yönləndirilir. Zorakılığa məruz qalmış uşaqlar və onların ailə üzvlərinə mərkəzin peşəkar əməkdaşları tərəfindən təcili psixoloji yardım da göstərilir.

“Azərbaycan Uşaq Qaynar Xətti” xidmətinə 24 saat xidmət göstərən 116111 qısa nömrəsi, +994 50 680 22 80, +994 51 580 22 80, +994 51 880 11 80, +994 51 880 22 80 mobil nömrələri, [email protected] elektron poçt ünvanına, facebook və instagram sosial şəbəkələri, mərkəzin saytındakı canlı çat və “uşaqqaynarxetti” mobil əlavəsi vasitəsilə müraciət etmək olar.

Paylaş:
308

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlərBu gün, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblərBu gün, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcəkBu gün, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHIBu gün, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18
Bütün xəbərlər