Azərbaycan əhalisinin sayı açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan əhalisinin sayı açıqlanıb

Qafar Ağayev17:28 - 14 / 03 / 2022
Azərbaycan əhalisinin sayı açıqlanıb

Cari ilin əvvəlindən ölkə əhalisinin sayı 4282 nəfər və ya 0,04 faiz artaraq 2022-ci il fevral ayının 1-i vəziyyətinə 10 milyon 160 min 648 nəfərə çatıb.

Bu barədə 1news.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bilirilib ki, əhalinin 52,9 faizini şəhər, 47,1 faizini kənd sakinləri, 50,0 faizini kişilər, 50,0 faizini isə qadınlar təşkil edir. Bir kvadrat kilometrə düşən əhalinin sayı ölkə üzrə 117 nəfər olub.

Paylaş:
638

Son xəbərlər

Sabahın hava PROQNOZU

19 / 05 / 2025, 12:37
Bütün xəbərlər