Astara məktəblisi dünyanın məşhur universitetinə təqaüd qazanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Astara məktəblisi dünyanın məşhur universitetinə təqaüd qazanıb

Qafar Ağayev14:31 - 15 / 03 / 2022
Astara məktəblisi dünyanın məşhur universitetinə təqaüd qazanıb

Astara rayonu Pensər kənd 2 nömrəli məktəb-liseyin şagirdi Salman Hüseynov dünyanın top universitetlərindən olan Massaçusest Texnologiya Universitetinin (MIT) təqaüdünü qazanıb.

Bu barədə 1news.az-a Təhsil Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, Salman Hüseynov 2019-2020-ci tədris ilində keçirilən respublika fənn olimpiadalarında kimya fənni üzrə II yer, 2020-2021-ci tədris ilində isə I yerin qalibi olub.

Beynəlxalq olimpiadalarda da iştirak edən Astara məktəblisi 2021-ci ildə Yaponiyada təşkil edilən ICHO - Beynəlxalq Kimya Olimpiadasında (distant) III yeri əldə edərək bürünc medal qazanıb.

Salman Hüseynov hazırda beynəlxalq olimpiada hazırlıq mərkəzində kimya fənni üzrə dərslərdə iştirak edir.

Paylaş:
755

Son xəbərlər

Sabahın hava PROQNOZU

19 / 05 / 2025, 12:37
Bütün xəbərlər