Baş Prokurorluğun əməkdaşları vətəndaşların suallarını cavablandıracaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Baş Prokurorluğun əməkdaşları vətəndaşların suallarını cavablandıracaq

Qafar Ağayev09:47 - 15 / 03 / 2022
Baş Prokurorluğun əməkdaşları vətəndaşların suallarını cavablandıracaq

Baş Prokurorluğun əməkdaşları vətəndaşların suallarını cavablandıracaq.

Bu barədə 1news.az-a qurumun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Baş Prokurorluğun Prokurorluqda istintaqa nəzarət idarəsinin rəisi Fazil Həsənəliyev, Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi Natiq Abdullayev, Kadrlar idarəsinin rəisi Natiq Hüseynov və Mətbuat Xidmətinin rəhbəri Günay Səlimzadə qurumun instaqram sosial şəbəkəsindəki səhifəsində bu gün saat 11:00-dan saat 12:00-dək canlı yayıma çıxaraq vətəndaşları maraqlandıran sualları cavablandıracaq.

Paylaş:
335

Son xəbərlər

Sabahın hava PROQNOZU

19 / 05 / 2025, 12:37
Bütün xəbərlər