Nazir: “Qaradağ” Günəş Elektrik Stansiyası 1 il yarım müddətində yekunlaşacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Nazir: “Qaradağ” Günəş Elektrik Stansiyası 1 il yarım müddətində yekunlaşacaq

Qafar Ağayev12:49 - 15 / 03 / 2022
Nazir: “Qaradağ” Günəş Elektrik Stansiyası 1 il yarım müddətində yekunlaşacaq

“Dövlət başçısı tərəfindən bərpa olunan enerji mənbələrinin Azərbaycanda inkişafı prioritet sahə kimi müəyyən olunub” .

1news.az xəbər verir ki, bu barədə mətbuat konfransında Azərbaycanın energetika naziri Pərviz Şahbazov bildirib.

“Gücü 230 MVt olan "Qaradağ" Günəş Elektrik Stansiyası Azərbaycanın enerji balansına böyük töhfə verəcək. Bu layihə 1,5 il ərzində inkişaf etdiriləcək".

Xatırladaq ki, bu gün "Masdar" şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 230 MVt gücündə "Qaradağ" Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirilib.

Paylaş:
299

Son xəbərlər

Sabahın hava PROQNOZU

19 / 05 / 2025, 12:37
Bütün xəbərlər