Azərbaycanda fəaliyyət göstərən 70-dən çox fitnes mərkəzinə limitsiz giriş imkanını necə əldə etmək olar? – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda fəaliyyət göstərən 70-dən çox fitnes mərkəzinə limitsiz giriş imkanını necə əldə etmək olar? – FOTO – VİDEO

Qafar Ağayev15:17 - 29 / 03 / 2022
Azərbaycanda fəaliyyət göstərən 70-dən çox fitnes mərkəzinə limitsiz giriş imkanını necə əldə etmək olar? – FOTO – VİDEO

İdman və düzgün qidalanmanı prioritet sayan və zərərli vərdişlərdən imtina edən müasir insanların çoxu üçün fəal sağlam həyat tərzi böyük əhəmiyyət kəsb edir.

İdmanın təkcə sağlamlığa deyil, insanın xarakterinə də müsbət təsir etdiyi heç kimdə şübhə doğurmur. Sağlam həyat tərzinin ayrılmaz hissəsi olan idmanın faydası son dərəcə böyük və əhəmiyyətlidir. Məhz idman məşğələlərinin təbliği və daha çox insanın idmana cəlb edilməsi “Push30” şirkətinin fəlsəfəsinin əsasını təşkil edir. Şirkətin məqsədi Azərbaycanda fitnes sənayesini yeniləmək və fitnes mədəniyyətini stimullaşdırmaqdır.

Korporativ üstünlüklər, güzəştlər və endirimlər platforması olan “Push30” öz üzvlərinə Bakı, Gəncə, Sumqayıt, Xırdalan və s. şəhərlərdə fəaliyyət göstərən 70-dən çox fitnes mərkəzinə limitsiz giriş imkanı verir. Bura “JV fitness”, “FS Club”, “Aquatic Palace”, “Atom”, “The Gymnasium”, “Pilates Life” , “1st Fitness”kimi fitnes mərkəzləri, həmçinin “Hyatt Regency”, “Mariott Boulevard Hotel”, “Holiday Inn”, “Excelsior” və s. otellərin nəzdində fəaliyyət göstərən zallar daxildir. Xüsusilə vurğulamaq lazımdır ki, yuxarıda adları sadalanan, habelə platforma ilə əməkdaşlıq edən digər fitnes mərkəzləri yaradıldığı gündən “Push30” layihəsini dəstəkləyir və bu günədək əməkdaşlığı davam etdirirlər.

“Push30” promo videosunun çəkilişinə görə Əli Ələkbər və Kamran Fərəcova təşəkkür edir.

“Push30” platformasının hər bir korporativ üzvü şaxələnmiş fitnes mərkəzləri şəbəkəsindən istifadə etmək üçün əla imkan əldə edir. Üzvlər bu mərkəzlərin xidmətlərindən özlərinə uyğun olan vaxtda istifadə edə, 70-dən çox fitnes mərkəzi arasında seçim edə bilirlər. Platformaya üzvlük bu mərkəzlərə limitsiz giriş imkanı yaradır. “Push30” layihəsinin daha bir üstünlüyü zalları gündəlik dəyişmək, müxtəlif tədbir və turnirlərdə iştirak etmək, idman haqqında çoxsaylı faydalı videoçarxlar və məqalələrlə tanış olmaq imkanı təqdim etməsidir.

“Push30” zallardan istifadə baxımından hər hansı çərçivə və məhdudiyyət qoymadan fitnes dünyasını əlçatan edir. Nə vaxt, hara gedəcəyinizə və orada nə qədər vaxt keçirəcəyinizə özünüz qərar verirsiniz. Təkliflər qiymət baxımından da əlçatandır. Belə ki, “Push30” platformasının öz korporativ müştərilərinə təklif etdiyi münasib qiymətli paketlər həm də çoxsaylı bonuslar, üstünlüklər və güzəştlər nəzərdə tutur. Onların bir qismi haqqında yuxarıda məlumat verilib. “Push30” paketlərinin qiyməti demokratikdir, təklif edilən imkanlar isə bu və ya digər fitnes mərkəzinə adi abunəlikdən qat-qat artıqdır.

“Push30” platformasına üzvlüyün üstünlüklərindən daha biri təklif edilən müxtəlifliklə bağlıdır. Burada hər kəs özünə uyğun idman zalları, SPA, yoqa, üzgüçülük hovuzları, pilates, rəqslər və sağlam həyat tərzini daha fəal və maraqlı edən digər şeylər tapa bilər.

Hazırda “Push30” şirkəti yalnız şirkət əməkdaşlarına xidmət göstərir. Hələlik fərdi istifadəçi kimi platformaya qoşulmaq mümkün deyil. “Push30” ilə müqavilə bağlamış şirkətlər sırasında “Unibank”, “McDonald’s”, “Wolt”, “Pasha Holding”, SOCAR, “NEQSOL Holding”, “Azercell”, “Azerconnect”, EY, KPMG, “Kontakt Home” kimi şirkətləri görmək olar. 70-dən çox fitnes mərkəzində korporativ üstünlüklərdən uğurla faydalanan bu şirkətlərin əməkdaşları idmanla məşğul olur, əmək məhsuldarlığını xeyli artırır və daha yüksək zirvələri fəth etmək üçün motivasiya qazanırlar. Ümumilikdə isə hazırkı mərhələdə “Push30” 350-dən çox şirkətlə müqavilələr bağlayıb. Bu şirkətlərdə idman məşğlələrinin və sağlam həyat tərzinin faydası haqqında keçirilən daimi seminarlara getdikcə daha çox şəxs cəlb olunur.

“Push30” şirkətinin əsası 2019-cu ildə, “City University of London”un məzunu, “Sabah Lab” Akselerasiya Mərkəzinin COO-su, Azərbaycanın ən böyük banklarından olan “Kapital Bank”ın keçmiş əməkdaşı Adil Qasımov (CEO Push30), “London School of Economics”in məzunu, “Sabah Lab” Akselerasiya Mərkəzinin CEO-su, Mckinsey&Company şirkətin keçmiş əməkdaşı Rəhim Bayramlı və “LANDAU School”un həmtəsisçisi, “Sabah Lab” Akselerasiya Mərkəzinin CMO-su , Humboldt University of Berlin məzunu Rahul D’Mello tərəfindən qoyulmuşdur. Platformanın təsisçiləri ciddi korporativ təcrübəyə malik şəxslərdir. “Push30”un yaradılması pandemiya ilə üst-üstə düşsə də, bu, startapın inkişafına heç bir mənfi təsir göstərməyib, əksinə komandanın daha sıx birləşməsinə səbəb olub. Bu müddət ərzində şirkətin heç bir əməkdaşı ixtisara düşməyib. Hazırda “Push30” tətbiqində 5000-dən çox korporativ istifadəçi qeydiyyatdan keçib və bu say daim artmaqdadır. Bu isə sözügedən startapın perspektivli gələcəyindən və “unicorn” şirkət olmaq üçün bütün imkanlara malik olmasından xəbər verir. Bunun üçün bütün innovativ imkanlar mövcuddur!

“Push30” layihəsinin KOBIA-nın (Kiçik və Orta Biznesin İnkişafı Agentliyi) “Startap şəhadətnaməsi” aldığını xüsusilə qeyd etmək lazımdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə görə, bu cür sertifikat almış mikro və ya kiçik sahibkarlıq subyektləri innovativ fəaliyyətdən əldə etdikləri gəlir vergisindən 3 il müddətinə azad olunurlar.

“iOS” və “Android” istifadəçiləri “Push30” mobil tətbiqini “App Store” və “Google Play” vasitəsilə yükləyə bilərlər.

“Push30” haqqında Sizi maraqlandıran suallar üçün aşağıda göstərilən nömrələr ilə əlaqə saxlaya bilərsiniz.

Telefon / WhatsApp:

+994 (50) 555 30 30

+994 (51) 215 57 30

+994 (55) 513 30 30

Rəsmi sayt - https://push30.az/

Elektron poçt ünvanı - [email protected]

“Instagram” - https://www.instagram.com/push30.az/

“Facebook” - https://www.facebook.com/push30.az

Adil Qasımov

City University of London universitetində Biznes Kompyuter Sistemləri üzrə bakalavr, İnformasiya Sistemləri və Texnologiyalar üzrə magistr dərəcəsini almışdır. Azərbaycana döndükdən sonra Kapital Bankın Strategiya, Biznes prosesler və müştəri menecmenti departamentlərində çalışmışdı.

Reklam hüququnda

Paylaş:
845

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıb26 / 11 / 2024, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındı26 / 11 / 2024, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcək26 / 11 / 2024, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”26 / 11 / 2024, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTO26 / 11 / 2024, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib26 / 11 / 2024, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanır26 / 11 / 2024, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaq26 / 11 / 2024, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq26 / 11 / 2024, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edir26 / 11 / 2024, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublar26 / 11 / 2024, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAM26 / 11 / 2024, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilir26 / 11 / 2024, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunub26 / 11 / 2024, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEO26 / 11 / 2024, 13:18
Bütün xəbərlər