Ötən il nə qədər toya icazə verilib? - Say açıqlandı | 1news.az | Xəbərlər
Cəmiyyət

Ötən il nə qədər toya icazə verilib? - Say açıqlandı

Qafar Ağayev12:33 - 16 / 03 / 2022
Ötən il nə qədər toya icazə verilib? - Say açıqlandı

Şənlik mərasimlərinin keçirilməsi üçün icazələrin verilməsi məqsədilə icaze.e-gov.az portalı Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən 26 iyun 2021-ci il tarixindən etibarən aktivləşdirilib.

1news.az xəbər verir ki, bu barədə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzinin (EHİM) ötən illə bağlı hesabatında bildirilib.

Qeyd edilib ki, ümumilikdə, 2021-ci il ərzində portal üzərindən 1120 şadlıq sarayı, 50 minə yaxın tədbir, 6,2 milyondan çox qonaq qeydiyyatdan keçirilib.

Hazırda portal üzərindən 1192 şadlıq sarayı, 63,8 minə yaxın tədbir, 8 milyondan çox qonaq qeydiyyatdan keçirilib.

Paylaş:
516

Son xəbərlər

Sabahın hava PROQNOZU

19 / 05 / 2025, 12:37
Bütün xəbərlər