Dələduzluqda şübhəli bilinən keçmiş “Azəriqaz” əməkdaşına cinayət işi açıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Dələduzluqda şübhəli bilinən keçmiş “Azəriqaz” əməkdaşına cinayət işi açıldı

Qafar Ağayev13:03 - 17 / 03 / 2022
Dələduzluqda şübhəli bilinən keçmiş “Azəriqaz” əməkdaşına cinayət işi açıldı

Qazax rayon sakinlərinin işə düzəltmək adı ilə onlardan pul vəsaitlərinin alınması barədə müraciətləri əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

Qazax rayon prokurorluğundan 1news.az-a verilən məlumata görə, araşdırmalarla “Azəriqaz” İB-nin Şəmkir Regional Qaz İstismar İdarəsinin Qazax Xidmət Sahəsinin sabiq operatoru Bəxtiyar Mehdiyevin iki nəfəri “Təmiz Qaz” QSC-nin Şəmkir Regional Mərkəzinin Qazax bölməsinə işə düzəltmək adı ilə ümumilikdə 5 min 500 manat məbləğində pul alaraq təkrar dələduzluq etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Qazax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 178.2.2 və 32.4, 312.1-ci maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam edir.

Paylaş:
604

Son xəbərlər

Sabahın hava PROQNOZU

19 / 05 / 2025, 12:37
Bütün xəbərlər