Sumqayıtda avtobus dayanacaqlarına müxtəlif işarələr yazanlar aşkarlanıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Sumqayıtda avtobus dayanacaqlarına müxtəlif işarələr yazanlar aşkarlanıb - FOTO

Qafar Ağayev16:55 - 17 / 03 / 2022
Sumqayıtda avtobus dayanacaqlarına müxtəlif işarələr yazanlar aşkarlanıb - FOTO

Sumqayıt Şəhər Polis İdarəsinə şəhər sakinlərindən avtobus dayanacaqlarında şəhərin estetik görünüşünə xələl gətirən, anlaşılmayan müxtəlif işarələrin yazılması barədə müraciətlər daxil olub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı dayanacaqların şüşələrinə işarələr yazan şəhər sakinləri yetkinlik yaşına çatmayan U.Salmanov və E.Yusifov (ad, soyad şərtidir) müəyyən edilərək valideynlərinin iştirakı ilə polis idarəsinə dəvət ediliblər.

Onlar valideynlərinin iştirakı ilə dindirilərkən törətdikləri əməli etiraf ediblər. Polis İdarəsində qeyd edilən əməli törədən azyaşlılarla və onların valideynləri ilə profilaktik söhbətlər aparılıb və bir daha belə hərəkətlərə yol verməməyin vacibliyi onların diqqətinə çatdırılıb

Paylaş:
541

Son xəbərlər

Sabahın hava PROQNOZU

19 / 05 / 2025, 12:37
Bütün xəbərlər