Air Cairo Bakıya yeni uçuşların açılmasını elan edib – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Air Cairo Bakıya yeni uçuşların açılmasını elan edib – FOTO – VİDEO

S.Xankişiyeva11:20 - 17 / 03 / 2022
Air Cairo Bakıya yeni uçuşların açılmasını elan edib – FOTO – VİDEO

Air Cairo (www.aircairo.com) 2022-ci ilin yazından etibarən paytaxtımız Bakı şəhərinə birbaşa uçuşlar təşkil etməyə hazırlaşır.

Air Cairo 1999-cu ildə aşağı-büdcəli (loukoster) hava yolu kimi yaradılmışdır. Şirkət, qismən Misirin milli daşıyıcısı sayılan Egypt Air (60%) məxsusdur. Egypt Air, 1932-ci ildə yaradılmış və dünyanın ilk yeddinci hava yolu sayılan Star Alliance-ın üzvüdür.

Air Cairo, 30-dan çox ölkəyə uçuşlar təklif edir. Air Cairo-ya məxsus donanma 10 Airbus A320neo/ceo təyyarəsindən ibarətdir və 2012-ci ildən Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) üzvüdür.

Birinci Şarm-əl Şeyx – Bakı birbaşa uçuşu 18 mart 2022-ci il tarixinə planlaşdırılıb. Uçuşlar mütəmadə olaraq həftədə 1 dəfə, cümə günlərində həyata keçiriləcək.

Uçuş cədvəli həm Şarm-əl-Şeyxə səyahət edənlər, həm də orada növbəti uçuşunu gözləyənlər üçün mümkün qədər rahat olacaq şəkildə düşünülüb. Xidmətdə olan təyyarə növü 180 nəfərlik Airbus A20neo-dur, bütün siniflər ekonomdur.

“Air Cairo hər zaman insanlar arasında əlaqə və birlik yaratmaqda qabaqcıldır. Qeyd edək ki, bu uçuşlar, Azərbaycan və Misir arasında olan ilk və yeganə bir-başa reyslərdir. Əminik ki, 2023-cü ilin yayına qədər həftəlik uçuşları üç dəfəyə artıracağıq” – Air Cairo-nun sədri və baş direktoru Hüseyn Şerif bəyan etmişdir. “İndi misirlilər və azərbaycanlılar hər iki ölkənin gözəlliklərinin şahidi olmağa və iki dövlət arasında turist mübadiləsi aparmağa tam hazırdırlar”.

Şarm-əl-Şeyx hava limanına gələn turistlər vizanı yerindəcə ala bilir, bu isə rahatlığını düşünən hər kəs üçün, əsasən də ailəvi səyahətə gedənlər üçün bu istiqaməti daha da cəlbedici edir. Aktiv istirahəti və təbiəti sevənlər üçün bura ideal məkandır – Qırmızı dənizin sualtı mənzərələri, fauna müxtəlifliyi, koral rifləri hər kəsi heyran edə biləcək.

Təklif olunan Misir turpaketinə uçuş bileti, “Hər Şey Daxil” sistemi əsasında hoteldə 7 gecə qonaqlanma, hava limanı transferləri və səhayət sığortası daxildir. Tur paketin qiyməti bir nəfər üçün 799 $ təşkil edəcəyi nəzərdə tutulub.

Azərbaycanda Air Cairo-nun rəsmi nümayəndəsi 2003-cü ildən bəri həm Azərbaycan vətəndaşları, həm də xarici qonaqlar üçün səyahət və işgüzar səfərlər təşkil edən PAŞA Travel şirkəti olacaq. PAŞA Travel ölkənin ən böyük holdinqlərindən biri, nəznində daima böyüyüb inkişaf edən şirkətlərdən ibarət olan PAŞA Holdinq-in bir hissəsidir. Yerli və beynəlxalq əlaqələri sayəsində, PAŞA Travel müştərilərinə və partnyorlarına ən uyğun məhsullar və xidmətlər təklif edir.

Şirkətin Baş İcraçı Direktoru, cənab Çingiz Mürsəlov qeyd edib ki, “Şarm Əl-Şeyx azərbaycanlı səyahətçilər arasında yüksək nüfuza malik bir istirahət yeridir və biz PAŞA Travel komandası olaraq bu istiqaməti Azərbaycan səyahətçilərinə əl-çatan etməyə çox məmnunuq”.

Ətraflı məlumat almaq üçün aşağıdakı ünvan və nömrələrə müraciət edə bilərsiniz:

AIR CAIRO

Ahmed Nadeem, Marketing Manager

+202 26955500

PAŞA TRAVEL

Media ilə bağlı suallar üçün:

Əzizə Seyidova

İctimai əlaqələr üzrə director

+994 12 404 10 90

[email protected]

Həmkarlıq təklifləri üçün:

Seyidxanım Eminli,

B2B satışlar üzrə direktor

+994 12 404 10 90

[email protected]

Reklam hüququnda

Paylaş:
548

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər