2022-ci ilin fevral ayında ölkədə göstərilən tibbi xidmətlərin 37 %-i Bakı şəhərində qeydə alınıb - STATİSTİKA | 1news.az | Xəbərlər
Cəmiyyət

2022-ci ilin fevral ayında ölkədə göstərilən tibbi xidmətlərin 37 %-i Bakı şəhərində qeydə alınıb - STATİSTİKA

Qafar Ağayev15:57 - 18 / 03 / 2022
2022-ci ilin fevral ayında ölkədə göstərilən tibbi xidmətlərin 37 %-i Bakı şəhərində qeydə alınıb - STATİSTİKA

İcbari tibbi sığortanın tətbiq olunduğu tibb müəssisələri tərəfindən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə (Agentlik) təqdim edilən ilkin hesabatlara əsasən cari ilin fevral ayı ərzində Bakı şəhəri üzrə 288 444 vətəndaşa 1 058 355 tibbi xidmət göstərilib.

1news.az xəbər verir ki, ay ərzində tibb müəssisələrinə 514 896 müraciət daxil olub.

Bu isə ölkə üzrə qeydə alınan bütün tibbi xidmət sayının 37 %-ni, müraciət sayının isə 38 %-ni əhatə edir. Fevral ayında paytaxtda müraciətlər üzrə tibbi xidmətlərin 78 %-i ambulator, 22 %-i isə stasionar şəraitdə göstərilib.

Tibb müəssisələrinə edilən müraciətlərin çoxu tibbi müayinə (hərbi xidmətə çağırılanların müayinəsi daxil olmaqla), qan dövranı sistemi xəstəlikləri, tənəffüs sistemi xəstəlikləri, həzm sisteminin xəstəlikləri, endokrin sistemin xəstəlikləri, maddələr mübadiləsi və qidalanma pozğunluğu, sümük və əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri, sidik-cinsiyyət sisteminin xəstəlikləri, sinir sistemi xəstəlikləri, gözün və gözün əlavə aparatının xəstəlikləri, habelə mamalıq və ginekologiya ilə bağlı olub.

2022-ci ilin fevral ayı üzrə Bakı şəhərində əhaliyə göstərilən tibbi xidmətlərə dair digər göstəriciləri təqdim edirik:

Ən çox ambulator xidmət göstərmiş tibb müəssisələrinin ilk onluğu: Bakı Baş Səhiyyə Mərkəzi, Nərimanov Tibb Mərkəzi, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası, Kliniki Tibbi Mərkəz, 3 nömrəli Şəhər Klinik Xəstəxanası, 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanası, K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu, Ə.D.Məlikov adına 6 nömrəli Birləşmiş Şəhər Xəstəxanası, Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu və 24 nömrəli Birləşmiş Şəhər Xəstəxanası.

Ən çox stasionar xidmət göstərmiş tibb müəssisələrinin ilk onluğu: Kliniki Tibbi Mərkəz, K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası, 3 nömrəli Şəhər Klinik Xəstəxanası, Nərimanov Tibb Mərkəzi, M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi, 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanası, M.Ə.Əfəndiyev adına 2 nömrəli Şəhər Klinik Xəstəxanası, Ə.D.Məlikov adına 6 nömrəli Birləşmiş Şəhər Xəstəxanası və Respublika Perinatal Mərkəzi.

Qeyd olunmalıdır ki, bir sıra tibb müəssisələri həm ambulator, həm stasionar tibbi xidmət göstərmiş müəssisələrin ilk onluğunda yer alıblar. Bunlar Nərimanov Tibb Mərkəzi, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası, Kliniki Tibbi Mərkəz, 3 nömrəli Şəhər Klinik Xəstəxanası, 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanası, K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu və Ə.D.Məlikov adına 6 nömrəli Birləşmiş Şəhər Xəstəxanasıdır.

Diqqətə çatdıraq ki, 2022-ci ilin yanvar-fevral ayları ərzində Bakı şəhəri üzrə 458 754 şəxsə 923 220 müraciət üzrə 1 962 775 tibbi xidmət göstərilib. Bu isə 2 ay ərzində ölkə üzrə qeydə alınan bütün müraciət sayının 37 %-ni, tibbi xidmət sayının isə 36 %-ni əhatə edir.

01.01.2021-ci il tarixinə olan rəsmi məlumata əsasən Bakı şəhəri üzrə qeydiyyatda olan əhalinin sayı 2 milyon 391 min 300 nəfər, ölkədə icbari tibbi sığortanın tətbiq olunduğu bütün bölgələr üzrə isə 9 657 600 nəfərdir.

Ölkə üzrə cari ilin yanvar-fevral ayları ərzində 1 244 351 vətəndaşa 5 465 999 tibbi xidmət göstərilib. Beləliklə, bu dövrdə əhalinin 13 %-i icbari tibbi sığortadan yararlanıb. 2 507 890 müraciət

üzrə tibbi xidmətlərin 82 %-i ambulator, 18 %-i isə stasionar şəraitdə göstərilib. Bu xidmətlərdən istifadə edənlərin 27 %-ni uşaqlar, 73 %-ni isə böyüklər təşkil edir.

Paylaş:
310

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıb26 / 11 / 2024, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındı26 / 11 / 2024, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcək26 / 11 / 2024, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”26 / 11 / 2024, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTO26 / 11 / 2024, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib26 / 11 / 2024, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanır26 / 11 / 2024, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaq26 / 11 / 2024, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq26 / 11 / 2024, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edir26 / 11 / 2024, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublar26 / 11 / 2024, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAM26 / 11 / 2024, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilir26 / 11 / 2024, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunub26 / 11 / 2024, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEO26 / 11 / 2024, 13:18
Bütün xəbərlər