Ali təhsil müəssisələrinə sənəd qəbulu başa çatıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Ali təhsil müəssisələrinə sənəd qəbulu başa çatıb

Qafar Ağayev11:04 - 18 / 03 / 2022
Ali təhsil müəssisələrinə sənəd qəbulu başa çatıb

Ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu başa çatıb.

1news.az xəbər verir ki, 96 629 abituriyent öz ərizəsini təsdiq edib.

Ərizəsini təsdiq edənlərdən 88 123 nəfəri Azərbaycan, 8 148 nəfəri isə rus bölməsi üzrə oxuyan abituriyentlər olub.

I ixtisas qrupu üzrə 32 156, II ixtisas qrupu üzrə 20 067, III ixtisas qrupu üzrə 21 200, IV ixtisas qrupu üzrə 5 217 nəfər, V ixtisas qrupu üzrə 69 554 qeydiyyatdan keçib.

Eyni zamanda 74 146 nəfər isə kolleclərə (11 illik) keçiriləcək qəbul imtahanı üçün ərizəsini təsdiqləyib.

Paylaş:
266

Son xəbərlər

Sabahın hava PROQNOZU

19 / 05 / 2025, 12:37
Bütün xəbərlər