Bakı-Gəncə sürət qatarında gediş haqqı qaldırıldı - Qiymətlər | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı-Gəncə sürət qatarında gediş haqqı qaldırıldı - Qiymətlər

Qafar Ağayev11:54 - 18 / 03 / 2022
Bakı-Gəncə sürət qatarında gediş haqqı qaldırıldı - Qiymətlər

Sabahdan hərəkəti bərpa olunan Bakı-Gəncə sürət qatarında gediş haqqı artırılıb.

1news.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC (ADY) yaydığı məlumatda qeyd olunub.

Bildirilib ki, Qatarda 9-u birinci klass yeri, 62-si biznes yeri və 296-sı isə standart yer olmaqla, cəmi 367 oturacaq yer mövcuddur.

“19 martdan etibarən Bakı-Gəncə istiqaməti üzrə gediş haqqı standart yerlər üçün 20 manat, biznes yerlər üçün isə 33 manat səviyyəsində təyin olunub. Qeyd edək ki, hazırda Bakı-Gəncə qatarında qidalanma xidməti göstərilmir. Gediş haqları beynəlxalq məsləhətçi şirkətlərin ADY-nin maliyyə dayanıqlılığının təmin edilməsinə dair tövsiyələrinə uyğun olaraq dəyişdirilib. Bundan sonra əldə olunan gəlir artsa da, yeni tariflər hesabına xərcin yalnız bir qismini ödəmək mümkündür. Bu gün ADY sərnişin daşımalarında yaranan zərəri yüklərin daşınması hesabına əldə etdiyi gəlirlərlə qarşılayır", - deyə səhmdar cəmiyyəti bəyan edib.

Qeyd edək ki, əvvəl standart yerlər üçün bilet 10 manat, biznes yerlər üçün isə 25 manat idi.

Paylaş:
461

Son xəbərlər

Sabahın hava PROQNOZU

19 / 05 / 2025, 12:37
Bütün xəbərlər