Bayram günləri hava belə olacaq – PROQNOZ | 1news.az | Xəbərlər
Cəmiyyət

Bayram günləri hava belə olacaq – PROQNOZ

S.Xankişiyeva14:29 - 19 / 03 / 2022
Bayram günləri hava belə olacaq – PROQNOZ

Bayram günləri üçün hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən 1news.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bayram günlərində gözlənilən hava şəraitinin martın 20-də arabir yağıntılı olacağı gözlənilir.

Abşeron yarımadasının bəzi ərazilərində sulu qara keçəcəyi ehtimalı var. Şimal-qərb küləyi 15-20 m/s, arabir 23-25 m/s, axşam yarımadanın bəzi yerlərində arabir 28-30 m/s-dək güclənəcək.

Havanın temperaturu gecə və gündüz 2-5° isti olacaq.

Martın 21-də dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi 15-20 m/s, arabir 23-25 m/s-dək güclənəcək, səhər şimal-şərq küləyi 8-13 m/s.

Havanın temperaturu gecə 1-3° isti, gündüz 6°-dək isti olacaq.

Martın 22-də arabir yağıntılı olacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir.

Şimal küləyi 10-15 m/s, gündüz arabir 18-23 m/s-dək güclənəcək.

Havanın temperaturu gecə 2-4° isti, gündüz 6°-dək isti olacaq.

Martın 23-də dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi yerlərdə az yağıntılı olacağı ehtimalı var. Şimal-qərb küləyi 15-20 m/s-dək güclənəcək, gündüz şimal-şərq küləyi 8-13 m/s.

Havanın temperaturu gecə 2-4° isti, gündüz 6-8° isti olacaq.

Mövzu ilə əlaqədar oxuyun:

Qeyri-sabit hava şəraiti martın 25-dək davam edəcək

Paylaş:
755

Son xəbərlər

Bütün xəbərlər