İşğaldan azad olunmuş ərazilərdə tikililərin müvəqqəti reyestri yaradılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

İşğaldan azad olunmuş ərazilərdə tikililərin müvəqqəti reyestri yaradılıb

S.Xankişiyeva15:02 - 19 / 03 / 2022
İşğaldan azad olunmuş ərazilərdə tikililərin müvəqqəti reyestri yaradılıb

Baş nazir Əli Əsədov İşğaldan azad olunmuş ərazilərdə tikililərin müvəqqəti reyestrinin yaradılması və “İşğaldan azad olunmuş ərazilərdə tikililərin müvəqqəti reyestri haqqında Əsasnamə”nin təsdiq edilməsi haqqında Qrərar imzalayıb.

1news.az-ın verdiyi xəbərə görə, Qərarla “İşğaldan azad olunmuş ərazilərdə tikililərin müvəqqəti reyestri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 12 avqust tarixli 1422 nömrəli Fərmanının 1.1-ci və 1.2-ci bəndlərinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

- İşğaldan azad olunmuş ərazilərdə tikililərin müvəqqəti reyestri yaradılsın.

- “İşğaldan azad olunmuş ərazilərdə tikililərin müvəqqəti reyestri haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

- Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə tapşırılsın ki, “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 29 oktyabr tarixli 1170 nömrəli Fərmanının müvafiq olaraq
7.4-cü və 7.8-ci bəndlərinə uyğun apardıqları inventarlaşdırma işlərinin nəticələrini əks etdirən məlumatları 1 (bir) ay müddətində Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təhvil versinlər.

***

İşğaldan azad olunmuş ərazilərdə tikililərin müvəqqətireyestri haqqında ƏSASNAMƏ

1. Ümumi müddəalar
1.1. Bu Əsasnamə “İşğaldan azad olunmuş ərazilərdə tikililərin
müvəqqəti reyestri haqqında” Azərbaycan Respublikası Prezidentinin
2021-ci il 12 avqust tarixli 1422 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını
təmin etmək məqsədilə hazırlanmışdır.
1.2. Bu Əsasnamə işğaldan azad olunmuş ərazilərdə tikililərin
mövcud vəziyyəti və həmin tikililərdə baş verən dəyişikliklər barədə
məlumatların uçotunun aparılması, habelə tikililərin sökülməsi sahəsində
dövlət orqanlarının (qurumlarının) çevik əlaqələndirilmiş fəaliyyətinin təmin
edilməsi məqsədilə yaradılan tikililərin müvəqqəti reyestri (bundan sonra –
Reyestr) ilə bağlı məsələləri tənzimləyir.
1.3. Reyestrdə müvafiq tikililərin mövcud vəziyyəti (o cümlədən
tikilinin istismarına icazə), həmin tikililərdə baş verən dəyişikliklər (məsələn,
yenidənqurma, bərpa, təmir işləri), həmçinin həmin tikililərin sökülməsi
barədə məlumatlar əks olunur.
1.4. Reyestrin tərtib edilməsi və aparılması Azərbaycan
Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən
(bundan sonra – qeydiyyat orqanı) dövlət büdcəsinin vəsaiti hesabına
həyata keçirilir.
1.5. Reyestr elektron qaydada, xüsusi olaraq yaradılmış informasiya
resursu vasitəsilə aparılır. Reyestr və müvafiq informasiya resursu
Azərbaycan Respublikasının mülkiyyətidir.
1.6. Reyestr Azərbaycan Respublikasının dövlət dilində aparılır.
2. Reyestrin strukturu
2.1. Reyestrin strukturu aşağıdakı bölmələrdən ibarətdir:
2.1.1. 1-ci bölmə - ilkin inventarlaşdırma işlərinin aparılması anında
tikililərin vəziyyəti;
2.1.2. 2-ci bölmə - tikililərdə dəyişikliklər (məsələn, yenidənqurma,
bərpa, təmir işləri), həmçinin söküntü niyyəti barədə məlumatlar;
2.1.3. 3-cü bölmə - fərdi yaşayış evlərinə münasibətdə müvafiq
dəyişikliklər və söküntü barədə məlumat, digər tikinti obyektlərinə
münasibətdə isə istismara icazə məlumatları, həmçinin söküntü barədə
məlumatlar.
2.2. Reyestrin 1-ci bölməsinə aşağıdakı məlumatlar daxil edilir:
2.2.1. tikilinin yerləşdiyi rayon və yaşayış məntəqəsi (şəhər, kənd,
qəsəbə);
2.2.2. tikilinin növü (fərdi yaşayış evi, qeyri-yaşayış binası, yaşayış
binası və s.);
2.2.3. tikilinin məqsədli təyinatı (yaşayış, ticarət, istehsal, xidmət,
abidə və s.);
2.2.4. tikilinin yerləşdiyi torpaq sahəsinin döngə nöqtələrinin
koordinatları və ünvanı (mövcud olduqda);
2.2.5. tikilinin yararlılıq vəziyyəti (yararlı, qismən yararlı və yararsız);
2.2.6. tikilinin kateqoriyası (sökülməsi qadağan edilən, sökülməsinə
rəy tələb olunan və sökülməsi mümkün olan);
2.2.7. tikilinin ümumi sahəsi;
2.2.8. tikinti sahəsi;
2.2.9. tikilinin mərtəbəliliyi (mövcud olduqda);
2.2.10. tikilinin fotoşəkilləri;
2.2.11. inventarlaşdırma nəticəsində tikiliyə verilən xüsusi, təkrar
olunmayan inventar nömrəsi;
2.2.12. qeydlər.
2.3. Reyestrin 2-ci bölməsinə aşağıdakı məlumatlar daxil edilir:
2.3.1. söküntü niyyətinə dair məlumatlar:
1. müraciət edən orqan (qurum);
2. müraciətin məzmunu;
3. müraciətin tarixi;
4. tikilinin söküntüsü ilə bağlı rəylər haqqında məlumatlar
(sökülməsinə rəy tələb olunan tikili kateqoriyasına aid olduğu halda):
- rəyləri təqdim edən orqan (qurum);
- rəylərin təqdim edilmə tarixi;
- rəylərin məzmunu (məqsədəuyğundur, məqsədəuyğun deyil);
5. söküntünün məqsədəuyğun olmaması barədə qeydiyyat orqanının
məlumatı;
2.3.2. tikilidə dəyişiklik niyyətinə dair məlumatlar:
1. müraciət edən orqan (qurum);
2. müraciətin məzmunu;
3. müraciətin tarixi.
2.4. Reyestrin 3-cü bölməsinə fərdi yaşayış evlərinə münasibətdə
müvafiq dəyişikliklər və söküntü barədə məlumatlar, digər tikinti
obyektlərinə münasibətdə isə istismara icazə məlumatları, həmçinin
söküntülər barədə məlumatlar daxil edilir.
2.5. Sökülməsi qadağan edilən tikililər kateqoriyasına aid edilmiş
tikilinin sökülməsi ilə bağlı müraciətlər elektron informasiya resursu
tərəfindən qəbul edilmir.
3. Tikililərlə bağlı həyata keçirilmiş dəyişikliklər və söküntü
barədə məlumatların Reyestrə daxil edilməsi qaydası
3.1. Tikililərlə bağlı dəyişikliyin həyata keçirilməsini və söküntü
işlərinin aparılmasını nəzərdə tutan dövlət orqanı (qurumu) (bundan sonra –
qurum) dəyişiklik (məsələn, yenidənqurma, bərpa, təmir işləri) və söküntü
niyyətinin Reyestrdə əks olunması məqsədilə elektron informasiya resursu
vasitəsilə aşağıda qeyd olunan qaydada qeydiyyat orqanına müraciət edir:
3.1.1. tikilidə dəyişiklik niyyəti barədə məlumatın Reyestrə daxil
edilməsi üçün qurum Reyestrdə tikilinin inventar nömrəsini seçir, daha
sonra müvafiq müraciəti Reyestrin 2-ci bölməsinə (2.3.1-ci yarımbəndin 5-ci
abzası istisna olmaqla) daxil edir;
3.1.2. müraciət söküntü işlərinin həyata keçirilməsi ilə bağlı olduqda
qurum Reyestrə daxil olaraq, tikilinin inventar nömrəsini seçir, daha sonra
əsaslandırılmış müraciəti Reyestrə daxil edir. Tikili söküntüsü mümkün olan
tikili kateqoriyasına aid olduğu halda, həmin müraciət avtomatik qaydada
qeydiyyat orqanına göndərilir.
3.2. Tikili sökülməsinə rəy tələb olunan tikili kateqoriyasına aid
olduğu təqdirdə isə bu Əsasnamənin 3.1.2-ci yarımbəndində qeyd olunan
müraciət elektron informasiya resursu vasitəsilə avtomatik qaydada
Azərbaycan Respublikası Prezidentinin müvafiq ərazi üzrə fəaliyyət
göstərən xüsusi nümayəndəsinə, Azərbaycan Respublikasının Fövqəladə
Hallar Nazirliyinə, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə və
Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə
göndərilir.
3.3. Aidiyyəti qurumlar 3 (üç) iş günü müddətində öz rəylərini
Reyestrə daxil edirlər. Rəylər aşağıda qeyd olunan məzmunlardan birində
olmalıdır:
3.3.1. tikilinin sökülməsi məqsədəuyğun hesab olunur;
3.3.2. tikilinin sökülməsi məqsədəuyğun hesab olunmur (səbəbi
göstərilməklə).
3.4. Rəylərin hamısı müsbət olduğu təqdirdə, tikilinin sökülməsinin
məqsədəuyğunluğu haqqında məlumat sistem tərəfindən avtomatik olaraq
Reyestrə daxil edilir, həmçinin quruma bu barədə bildiriş göndərilir.
3.5. Rəylərdən bir və ya bir neçəsi mənfi olduqda isə qeydiyyat
orqanı tərəfindən tikilinin sökülməsinin məqsədəuyğun olmadığı haqqında
məlumat Reyestrə daxil edilir, həmçinin quruma bu barədə bildiriş (mənfi
rəylər də əlavə olunmaqla) göndərilir. Rəy mənfi olduqda, qurum tərəfindən
əlavə əsaslandırma təqdim edilməklə yenidən müraciət oluna bilər.
5
3.6. Fərdi yaşayış evlərinə münasibətdə dəyişikliklər, həmçinin
söküntü işləri aparıldıqdan, digər tikinti obyektlərinə münasibətdə isə
istismara icazə sənədi alındıqdan və ya söküntü aparıldıqdan sonra bu
barədə məlumatların Reyestrə daxil edilməsi üçün qurum Reyestrdə tikilinin
inventar nömrəsini seçir, daha sonra müvafiq müraciəti Reyestrin
3-cü bölməsinə daxil edir.
3.7. Reyestrə daxil edilmə tarixləri müvafiq məlumatların sistemə
işlənildiyi tarixə uyğun olaraq avtomatik qaydada verilir.
4. Reyestrin istifadəçiləri
4.1. Aidiyyəti dövlət orqanlarının (qurumlarının) Reyestrdən istifadə
edəcək səlahiyyətli əməkdaşları həmin orqanların (qurumların) qeydiyyat
orqanına yazılı müraciəti əsasında müəyyən edilir.
4.2. Səlahiyyətli əməkdaşlar Reyestrə daxil olarkən qeydiyyat orqanı
tərəfindən verilən xüsusi qorunan şifrə və istifadəçi adı ilə təmin edilirlər.
5. Reyestrdəki məlumatların mühafizəsi
5.1. Reyestrdə saxlanılan məlumatların əldə olunması, emalı,
ötürülməsi və ya istifadəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada
həyata keçirilir.
6. Reyestrdəki məlumatlara düzəliş
6.1. Qeydiyyat orqanı Reyestrdə saxlanılan məlumatlarda hər hansı
səhv aşkar etdiyi təqdirdə, 1 (bir) iş günü müddətində həmin səhvin aradan
qaldırılmasını təmin etməlidir.

avtomatik qaydada verilir.

Paylaş:
767

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər