Zaqatalada ana ölümü ilə bağlı cinayət işi başlandı | 1news.az | Xəbərlər
Cəmiyyət

Zaqatalada ana ölümü ilə bağlı cinayət işi başlandı

Qafar Ağayev13:52 - 25 / 03 / 2022
Zaqatalada ana ölümü ilə bağlı cinayət işi başlandı

Zaqatalada gənc ananın doğuş zamanı ölməsi ilə bağlı cinayt işi başlanıb.

Zaqatala rayon prokurorluğundan 1news.az-ın sorğusuna cavab olaraq bildirilib ki, rayonun Çökək kənd sakini 1995-ci il təvəllüdlü Rəna Ramazanovanın martın 21-də saat 14 radələrində Zaqatala rayon mərkəzi xəstəxanasının reanimasiya şöbəsində ölməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Paylaş:
441

Son xəbərlər

Bütün xəbərlər