Biləsuvarda narkokuryer saxlanıldı - 16 kiloqram narkotik aşkarlandı - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Biləsuvarda narkokuryer saxlanıldı - 16 kiloqram narkotik aşkarlandı - FOTO

Qafar Ağayev10:06 - 25 / 03 / 2022
Biləsuvarda narkokuryer saxlanıldı - 16 kiloqram narkotik aşkarlandı - FOTO

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti əməliyyat tədbirləri nəticəsində 16 kiloqrama yaxın əsasən güclü təsir edən xassəyə malik olan müxtəlif növ narkotik vasitələr aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan 1news.az-a verilən məlumata görə, Biləsuvar RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Abşeron rayonunun Qobu qəsəbəsinin sakini Şahin Nəzərli Biləsuvar rayonu ərazisində saxlanılıb. Keçirilən baxış zamanı ona məxsus idman çantasından ayrı-ayrı bağlamalarda 14 kiloqram 335 qram narkotik vasitə heroin, 1 kiloqram 115 qram tiryək və 410 qram marixuana aşkarlanaraq götürülüb. Aparılan araşdırmalarla Ş.Nəzərlinin xaricdə yaşayan narkotacir tərəfindən narkokuryerliyə cəlb edildiyi və onun vasitəsilə əldə etdiyi narkotik vasitələri deyiləcək yerlərə çatdırmaqla satışını təşkil etməli olduğu müəyyən edilib. Faktla bağlı Biləsuvar RPŞ-də araşdırma aparılır.

Qeyd edək ki, Biləsuvar RPŞ-nin əməkdaşları tərəfindən təkcə son bir ay ərzində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqəli 14 fakt aşkarlanıb. Nəticədə 40 kiloqrama yaxın narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb.

Paylaş:
463

Son xəbərlər

Murad İsmiyevin növbəti uğuru - FOTO19 / 09 / 2024, 19:12Nəsimidə qəzaya görə yola qoyulan məhdudiyyət aradan qaldırılıb - FOTO - YENİLƏNİB19 / 09 / 2024, 18:27Azərbaycan komandası “Teknofest”də yarışın qalibi olub19 / 09 / 2024, 17:47Silk Way West Airlines Qlobal Hava Yükdaşıma Partnyoru kimi COP29-a qoşuldu19 / 09 / 2024, 17:45İlham Əliyev Ağdam rayonunun Eyvazxanbəyli kəndinin təməlqoyma mərasimində iştirak edib - YENİLƏNİB19 / 09 / 2024, 17:43Azərbaycanda ötən il ilk dəfə nikaha daxil olanların yaş qrupları açıqlanıb19 / 09 / 2024, 17:35Paytaxtın daha bir küçəsində hərəkət qismən məhdudlaşdırılacaq19 / 09 / 2024, 17:23Suraxanıda saxta yuyucu vasitələr istehsal edən sex aşkarlandı19 / 09 / 2024, 17:10“Neftçi” böhran içində: Kimdir müqəssir, yaxud çıxış yolu nədədir?19 / 09 / 2024, 17:08Muxtar Babayev BMT nümayəndəsi ilə COP29-la bağlı hazırlıq tədbirlərini müzakirə edib19 / 09 / 2024, 17:05Prezident Şuşada Bayraq Meydanının açılışında iştirak edib19 / 09 / 2024, 16:59“Neftçi” Qara Qarayevlə müqaviləyə xitam verib19 / 09 / 2024, 16:46ADY və “TCDD Taşımacılık” Orta Dəhlizlə yükdaşımakların artırılmasını müzakirə edib19 / 09 / 2024, 16:44Dövlət başçısı Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyinin bərpadan sonra açılışında iştirak edib19 / 09 / 2024, 16:31Prezident Xankəndi şəhərinin Zəfər meydanında Konqres Mərkəzinin tikintisi ilə tanış olub19 / 09 / 2024, 16:19Xankəndi şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının təmirdən sonra açılışı olub19 / 09 / 2024, 16:17İlham Əliyev Xankəndi Dövlət Dram Teatrının binasında görüləcək işlərlə tanış olub19 / 09 / 2024, 16:16“Yaşıl dünya naminə həmrəylik ili audiovizual mediada” mövzusunda seminar keçirilirib19 / 09 / 2024, 16:15Xankəndidə Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəb təmirdən sonra istifadəyə verilib19 / 09 / 2024, 15:59İqlim qəhrəmanları - FOTO19 / 09 / 2024, 15:56
Bütün xəbərlər