Sumqayıtda narkotik satan və internet kabelini oğurlayan şəxslər saxlanılıblar - FOTO - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Sumqayıtda narkotik satan və internet kabelini oğurlayan şəxslər saxlanılıblar - FOTO - VİDEO

Qafar Ağayev14:26 - 26 / 03 / 2022
Sumqayıtda narkotik satan və internet kabelini oğurlayan şəxslər saxlanılıblar - FOTO - VİDEO

Sumqayıt şəhərində narkotik vasitələrin satışı ilə məşğul olan və 400 metr internet kabelini kəsərək oğurlayan şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün məhkum edilən Sumqayıt şəhər sakinləri Azad İsrafilov və Vaqif Cəfərov tutularaq istintaqa təqdim ediliblər. Onların üzərindən və yaşadıqları evlərdən satış üçün əldə etdikləri 500 qrama yaxın heroin, metamfetamin və 1 ədəd elektron tərəzi aşkar olunub. Azad İsrafilov və Vaqif Cəfərov Sumqayıt şəhərində narkotik vasitələrin satışı ilə məşğul oluqlarını etiraf ediblər.

Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri digər bir əməliyyat zamanı Corat, həmçinin ətraf qəsəbələri rabitə və internetlə təmin edən kabel xəttələrini kəsərək oğurlayan əvvəllər məhkum olunmuş Famil Babayev saxlanılıb. Araşdırma zamanı onun müxtəlif vaxtlarda qeyd edilən ərazidən 400 metrə yaxın kabeli oğurladığı və əlvan metal qəbulu məntəqələrinə satdığı müəyyən edilib. Famil Babayev sonuncu dəfə kabel xəttlərini kəsərən oğurlamaq istəyən zaman saxlanılaraq Polis Bölməsinə gətirilib.

Faktlarla bağlı saxlanılan hər üç şəxs barəsində toplanan materiallar Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Onlar barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbirləri seçilib. Azad İsrafilov, Vaqif Cəfərov və Famil Babayevin ətrafında əməliyyatlar davam etdirilir.

Paylaş:
344

Son xəbərlər

Murad İsmiyevin növbəti uğuru - FOTO19 / 09 / 2024, 19:12Nəsimidə qəzaya görə yola qoyulan məhdudiyyət aradan qaldırılıb - FOTO - YENİLƏNİB19 / 09 / 2024, 18:27Azərbaycan komandası “Teknofest”də yarışın qalibi olub19 / 09 / 2024, 17:47Silk Way West Airlines Qlobal Hava Yükdaşıma Partnyoru kimi COP29-a qoşuldu19 / 09 / 2024, 17:45İlham Əliyev Ağdam rayonunun Eyvazxanbəyli kəndinin təməlqoyma mərasimində iştirak edib - YENİLƏNİB19 / 09 / 2024, 17:43Azərbaycanda ötən il ilk dəfə nikaha daxil olanların yaş qrupları açıqlanıb19 / 09 / 2024, 17:35Paytaxtın daha bir küçəsində hərəkət qismən məhdudlaşdırılacaq19 / 09 / 2024, 17:23Suraxanıda saxta yuyucu vasitələr istehsal edən sex aşkarlandı19 / 09 / 2024, 17:10“Neftçi” böhran içində: Kimdir müqəssir, yaxud çıxış yolu nədədir?19 / 09 / 2024, 17:08Muxtar Babayev BMT nümayəndəsi ilə COP29-la bağlı hazırlıq tədbirlərini müzakirə edib19 / 09 / 2024, 17:05Prezident Şuşada Bayraq Meydanının açılışında iştirak edib19 / 09 / 2024, 16:59“Neftçi” Qara Qarayevlə müqaviləyə xitam verib19 / 09 / 2024, 16:46ADY və “TCDD Taşımacılık” Orta Dəhlizlə yükdaşımakların artırılmasını müzakirə edib19 / 09 / 2024, 16:44Dövlət başçısı Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyinin bərpadan sonra açılışında iştirak edib19 / 09 / 2024, 16:31Prezident Xankəndi şəhərinin Zəfər meydanında Konqres Mərkəzinin tikintisi ilə tanış olub19 / 09 / 2024, 16:19Xankəndi şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının təmirdən sonra açılışı olub19 / 09 / 2024, 16:17İlham Əliyev Xankəndi Dövlət Dram Teatrının binasında görüləcək işlərlə tanış olub19 / 09 / 2024, 16:16“Yaşıl dünya naminə həmrəylik ili audiovizual mediada” mövzusunda seminar keçirilirib19 / 09 / 2024, 16:15Xankəndidə Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəb təmirdən sonra istifadəyə verilib19 / 09 / 2024, 15:59İqlim qəhrəmanları - FOTO19 / 09 / 2024, 15:56
Bütün xəbərlər