Suraxanıda narkotik qəbul edən sürücü polisə müqavimət göstərdi - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Suraxanıda narkotik qəbul edən sürücü polisə müqavimət göstərdi - FOTO

Qafar Ağayev17:02 - 28 / 03 / 2022
Suraxanıda narkotik qəbul edən sürücü polisə müqavimət göstərdi - FOTO

Suraxanı rayonunda narkotik vasitələrin təsiri altında avtomobil idarə edən, həmçinin polisə müqavimət göstərən sürücü və sərnişin saxlanılıb.

Daxili İşlər Nazirliyindən 1news.az-a verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri növbəti profilaktik tədbir zamanı narkotik vasitələrin təsiri altında avtomobil idarə edən sürücü və sərnişin müəyyən edilib. Hövsan qəsəbəsində Abşeron rayon sakini Şəmistan Mirişlinin idarə etdiyi “Chevrolet” maraklı avtomobil manevr qaydalarını pozduğu üçün ona “saxla” işarəsi verilib. Amma sürücü polislərə tabesizlik gösdərərək hərəkətini davam etdirib. Yol polisləri tərəfindən görülən tədbir nəticəsində sürücü saxlanılıb. Daha sonra sürücü və onun yanında olan sərnişin İmişli rayon sakini Elnur Novruzlu polis əməkdaşlarına müqavimət göstərərərk hadisə yerindən yayınmağa çalışıblar. Hər iki şəxs saxlanılaraq Polis Şöbəsinə gətirilib. İlkin sorğu zamanı sürücü və sərnişin narkotik vasitə qəbul etdiklərini bildiriblər. Təyin olunan ekspertizanın nəticəsində Şəmistan Mirişli və Elnur Novruzlunun narkotik vasitənin təsiri altında olduqları məlum olub.

Araşdırma zamanı həmçinin Şəmistan Mirişlinin nəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə etdiyi müəyyən edilib. Sürücü və sərnişin barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub. Onların törətdiyi qanun pozuntusuna hüquqi qiymət verilməsi üçün toplanmış material məhkəməyə göndərilib.

Paylaş:
389

Son xəbərlər

Murad İsmiyevin növbəti uğuru - FOTO19 / 09 / 2024, 19:12Nəsimidə qəzaya görə yola qoyulan məhdudiyyət aradan qaldırılıb - FOTO - YENİLƏNİB19 / 09 / 2024, 18:27Azərbaycan komandası “Teknofest”də yarışın qalibi olub19 / 09 / 2024, 17:47Silk Way West Airlines Qlobal Hava Yükdaşıma Partnyoru kimi COP29-a qoşuldu19 / 09 / 2024, 17:45İlham Əliyev Ağdam rayonunun Eyvazxanbəyli kəndinin təməlqoyma mərasimində iştirak edib - YENİLƏNİB19 / 09 / 2024, 17:43Azərbaycanda ötən il ilk dəfə nikaha daxil olanların yaş qrupları açıqlanıb19 / 09 / 2024, 17:35Paytaxtın daha bir küçəsində hərəkət qismən məhdudlaşdırılacaq19 / 09 / 2024, 17:23Suraxanıda saxta yuyucu vasitələr istehsal edən sex aşkarlandı19 / 09 / 2024, 17:10“Neftçi” böhran içində: Kimdir müqəssir, yaxud çıxış yolu nədədir?19 / 09 / 2024, 17:08Muxtar Babayev BMT nümayəndəsi ilə COP29-la bağlı hazırlıq tədbirlərini müzakirə edib19 / 09 / 2024, 17:05Prezident Şuşada Bayraq Meydanının açılışında iştirak edib19 / 09 / 2024, 16:59“Neftçi” Qara Qarayevlə müqaviləyə xitam verib19 / 09 / 2024, 16:46ADY və “TCDD Taşımacılık” Orta Dəhlizlə yükdaşımakların artırılmasını müzakirə edib19 / 09 / 2024, 16:44Dövlət başçısı Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyinin bərpadan sonra açılışında iştirak edib19 / 09 / 2024, 16:31Prezident Xankəndi şəhərinin Zəfər meydanında Konqres Mərkəzinin tikintisi ilə tanış olub19 / 09 / 2024, 16:19Xankəndi şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının təmirdən sonra açılışı olub19 / 09 / 2024, 16:17İlham Əliyev Xankəndi Dövlət Dram Teatrının binasında görüləcək işlərlə tanış olub19 / 09 / 2024, 16:16“Yaşıl dünya naminə həmrəylik ili audiovizual mediada” mövzusunda seminar keçirilirib19 / 09 / 2024, 16:15Xankəndidə Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəb təmirdən sonra istifadəyə verilib19 / 09 / 2024, 15:59İqlim qəhrəmanları - FOTO19 / 09 / 2024, 15:56
Bütün xəbərlər