AZAL Təl-Əvivə uçuşların sayını həftədə 5 dəfəyə çatdıracaq | 1news.az | Xəbərlər
Cəmiyyət

AZAL Təl-Əvivə uçuşların sayını həftədə 5 dəfəyə çatdıracaq

S.Xankişiyeva14:24 - 29 / 03 / 2022
AZAL Təl-Əvivə uçuşların sayını həftədə 5 dəfəyə çatdıracaq

Bu ilin may ayından "Azərbaycan Hava Yolları” QSC (AZAL) İsrailin paytaxtı Tel-Əvivə uçuşların sayını həftədə 5 dəfəyə çatdıracaq.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə AZAL-dan bildirilib.

Hazırda sözügedən istiqamətdə aviareyslər həftədə 2 dəfə - cümə axşamı və bazar günləri həyata keçirir.

Hazırda aviaşirkət Təl-Əvivdə keçirilən “Beynəlxalq Aralıq dənizi Turizm Bazarı” sərgisində (International Mediterranean Tourism market - IMTM 2022) iştirak edir. IMTM Şərqi Aralıq dənizində ən əhəmiyyətli və ən böyük turizm sərgisidir. Burada 60-dan çox ölkə təmsil olunur.

Paylaş:
333

Son xəbərlər

Bütün xəbərlər