Ədliyyə Nazirliyinin əməkdaşı ölkəmizin bayrağını beynəlxalq yarışda ucaldıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Ədliyyə Nazirliyinin əməkdaşı ölkəmizin bayrağını beynəlxalq yarışda ucaldıb - FOTO

Qafar Ağayev15:13 - 30 / 03 / 2022
Ədliyyə Nazirliyinin əməkdaşı ölkəmizin bayrağını beynəlxalq yarışda ucaldıb - FOTO

19.03.2022-ci il tarixində Türkiyənin İstanbul şəhərində keçirilən Braziliya Ciu-Citsu idman növü üzrə dünyanın qabaqcıl turnirlərindən biri sayılan "Abu Dhabi National Pro" yarışında dünyanın 43 ölkəsindən 350-dən çox idmançı iştirak edib.

Həmin yarışda ölkəmizi Azərbaycan Ciu-Citsu Federasiyasının “JGBJJ” (baş məşqçisi Ceyhun Quliyev) və “RGBJJ” (baş məşqçisi Ayaz Süleyman) klublarının 17 idmançısı təmsil edib.

“JGBJJ” idman klubunun güləşçisi, eyni zamanda Ədliyyə Nazirliyinin Təşkilat-nəzazət baş idarəsinin əməkdaşı Hacıyev Fərid Namiq oğlu 85 kq çəki dərəcəsində qızıl medal qazanaraq 1-ci yerə layiq görülüb.
Ümumillikdə idmançılarımız 3 qızıl, 3 gümüş və 4 bürünc medal ilə təltif olunub və yekunda 43 ölkə arasında Azərbaycan 5-yə daxil olub.
Hazırda idmançılar cari ilin noyabr ayında Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu Dabidə keçiriləcək dünya çempionatına hazırlaşırlar.

Reklam hüququnda

Paylaş:
2531

Son xəbərlər

Sabahın hava PROQNOZU

19 / 05 / 2025, 12:37
Bütün xəbərlər