Bakıda kişi kirayədə qaldığı otaq yoldaşı tərəfindən öldürüldü | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda kişi kirayədə qaldığı otaq yoldaşı tərəfindən öldürüldü

Qafar Ağayev10:05 - 30 / 03 / 2022
Bakıda kişi kirayədə qaldığı otaq yoldaşı tərəfindən öldürüldü

Bakıda kirayəşin otaq yoldaşı tərəfindən qətlə yetirilib.

Suraxanı rayon prokurorluğundan 1news.az-a verilən məlumata görə, martın 29-u saat 10 radələrində Suraxanı rayonu, Əmircan qəsəbəsi ərazisində 1972-ci il təvəllüdlü Fəxrəddin Əsədovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin tanışı 1966-cı il təvəllüdlü Ravil Baybəyovun birgə kirayədə yaşadıqları mənzildə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Fəxrəddin Əsədova bıçaqla xəsarət yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Ravil Baybəyov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə istintaq davam edir.

Paylaş:
387

Son xəbərlər

Sabahın hava PROQNOZU

19 / 05 / 2025, 12:37
Bütün xəbərlər