Novruz günlərində ticarət mərkəzlərində əsl festival ab-havası yaşanıb - FOTO
20-24 mart tarixlərində ən çox ziyarət olunan ticarət mərkəzlərində sürprizlərlə dolu Novruz şənlikləri keçirilib.
Bayramı ailəsi və yaxınları ilə birgə təmtəraqlı şəkildə qarşılamaq istəyənlər üçün “Gənclik Mall”, “28 Mall”, “Port Baku Mall”, “Dəniz Mall”, “Gəncə Mall” və “Şüvəlan Park”da tədbirlər təşkil edilib.
Novruz tədbirləri öz qonaqlarına yaddaqalan və əyləncəli saatlar yaşadıb.
Belə ki, “Gənclik Mall”da bayram münasibətilə DJ performansı, şəkərbura, gül çələngləri, yumurta bəzəmə üzrə masterklaslar, milli geyimlərdə animatorlar, rollerlər, canlı musiqi performansı və fərqli, qazandıran müsabiqələr təşkil edilib.
Həmçinin, “28 Mall”a üz tutan qonaqlar canlı musiqi və DJ performansı, alov şou, animatorlar, Novruz falları, əyləncəli masterklasslar, uşaqların gününə daha da rəng qatacaq “Face Art” və hədiyyəli viktorinalarla bayramı qeyd ediblər.
Bayramgünlərində “Dəniz Mall”a üz tutan qonaqlar öz karikaturalarını çəkdirməklə yanaşı, masterklasslarla öyrənmək şansı əldə ediblər. Canlı musiqi və DJ performansları isə qonaqlara xoş anlar yaşadıb.
Şəhər mərkəzindən uzaqda olan sakinlər də diqqətdən kənar qalmayıb. Bayram günlərində “Şüvəlan Park”da kiçik şənliklərlə Novruz ab-havası yaradılıb. Gəncə və ətraf bölgələrin sakinləri üçün isə “Gəncə Mall”da əsl Novruz əyləncəsi yaşadılıb. Qonaqlar bir-birindən maraqlı rəqs, musiqi və masterklaslarla bayramı qarşılayıblar.
Ölkənin yeganə lüks ticarət mərkəzi olan “Port Baku Mall”da isə bayram ilə əlaqədar xüsusi hazırlıq görülüb. Yerli və xarici brendlərə məxsus məhsullar əsl Novruz və bahar konsepsiyasında bəzədilmiş yarmarkada ziyarətçilərə təqdim olunub. Milli musiqi və Jazz kompozisiyası ilə əsl Novruz ab-havası hiss edilib. Beş gün ərzində təşkil olunan Novruz yarmarkası ziyarətçilərin marağına səbəb olub.