Bakıda həbsdə olan oğluna qeyri-adi üsulla narkotik aparan qadın saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda həbsdə olan oğluna qeyri-adi üsulla narkotik aparan qadın saxlanılıb

Qafar Ağayev14:37 - 31 / 03 / 2022
Bakıda həbsdə olan oğluna qeyri-adi üsulla narkotik aparan qadın saxlanılıb

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasına narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Bu barədə 1news.az-a Penitensiar Xidmətdən məlumat verilib.

Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək həbs edilmiş şəxs Tərlan Taleh oğlu İslamova anası Bakı şəhər sakini Sara Əvəz qızı İslamova tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman, orada olan maykaya xüsusi üsulla hopdurularaq gizlədilmiş ümumi çəkisi 0,250 qram olan narkotik maddə - heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır

Paylaş:
333

Son xəbərlər

Sabahın hava PROQNOZU

19 / 05 / 2025, 12:37
Bütün xəbərlər