Xızıda 1 kq heroin qanunsuz dövriyyədən çıxarılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Xızıda 1 kq heroin qanunsuz dövriyyədən çıxarılıb

Qafar Ağayev09:22 - 31 / 03 / 2022
Xızıda 1 kq heroin qanunsuz dövriyyədən çıxarılıb

Xızı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan 1news.az-a verilən xəbərə görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin əldə etməsi, saxlaması, daşımasında və satmasında şübhəli bilinən rayon sakini Nurlan Muxtarov saxlanılıb. Həmin şəxsin üzərinə və yaşadığı evə baxış keçirilən zaman külli miqdarda yəni 1 kiloqramdan artıq narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb.

Faktla bağlı Xızı RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Paylaş:
290

Son xəbərlər

Sabahın hava PROQNOZU

19 / 05 / 2025, 12:37
Bütün xəbərlər