Beynəlxalq konfrans iştirakçıları Ağdama səfər edib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Beynəlxalq konfrans iştirakçıları Ağdama səfər edib - FOTO

12:14 - 31 / 03 / 2022
Beynəlxalq konfrans iştirakçıları Ağdama səfər edib - FOTO

Humanitar Mina Fəaliyyəti və Davamlı İnkişaf Məqsədləri üzrə beynəlxalq konfransda iştirak edəcək heyətin Ağdama səfəri başlayıb.

1news.az xəbər verir ki, səfərdə 30-a yaxın ölkədən olan 120 nəfərə yaxın nümayəndə heyəti iştirak edir. Qonaqlardan 30 nəfəri minatəmizləmə sahəsində mütəxəssis olan şəxslərdir.

Qonaqlar Ağdamın azad edilmiş hissəsində ANAMA-nın regional mobil düşərgəsinə baxış keçirəcək, dağıntılar və quruculuq işləri, minatəmizləmə əməliyyat sahəsində işlərin gedişi ilə tanış olacaqlar.

1news.az

Paylaş:
266

Son xəbərlər

Bütün xəbərlər