Daşkəsən rayonunda yerli sakinlər və arıçı fermerlərlə görüş keçirilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Daşkəsən rayonunda yerli sakinlər və arıçı fermerlərlə görüş keçirilib - FOTO

S.Xankişiyeva12:35 - 01 / 04 / 2022
Daşkəsən rayonunda yerli sakinlər və arıçı fermerlərlə görüş keçirilib - FOTO

30-31 mart tarixlərində “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Korporativ Sosial Məsuliyyət Komitəsinin (KSM) iştirakı ilə Daşkəsəndə yerli sakinlərlə görüşlər keçirilib.

Cəmiyyətin Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsinin yaxınlığında yerləşən Quşçu və Çovdar kəndlərində yaşayan əhalinin sosial ehtiyaclarının müəyyənləşdirilməsi məqsədilə keçirilən görüşdə Komitənin sədri, “AzerGold” QSC-nin İdarə Heyəti sədrinin müavini Xəyyam Fərzəliyev çıxış edərək, sosial sahədə görülən işlər və yeniliklər barədə geniş məlumat verib. X.Fərzəliyev yerli əhali və icmalarla iş prioritetləri çərçivəsində icra edilməkdə olan layihələrin əhəmiyyətini vurğulayıb. Bildirilib ki, Sosial Təsir və Məsuliyyət Siyasəti çərçivəsində təşkil edilən bu tip tədbirlər dövlət proqramlarına dəstək xarakteri daşımaqla yanaşı, bu bölgədə yaşayan ailələrin qayğı ilə əhatələnməsinə xidmət edir.

Daha sonra kənd sakinlərinin müraciətləri dinlənilib, yeni təşəbbüslərlə bağlı fikir mübadiləsi aparılıb. Komitə sədri müraciətlərlə bağlı müvafiq addımların atılması üçün tapşırıq və tövsiyyələrini verib. Bununla yanaşı, KSM komitəsinin nümayəndələri tərəfindən sosial ehtiyacların hərtərəfli araşdırılması üçün sorğular keçirilib.

Qeyd edək ki, Cəmiyyət tərəfindən hədəf qruplarına yönəlmiş təşəbbüs və layihələr çərçivəsində kənd sakinləri ilə ənənəvi görüş və sorğuların vaxtaşarı təşkili davam etdiriləcək.

Növbəti görüşdə Daşkəsən rayonunun Bayan, Quşçu və Zəyəm kəndlərində fəaliyyət göstərən arıçılar iştirak ediblər. Görüşün keçirilməsində əsas məqsəd kənd arıçılarını bir araya gətirərək mövcud imkanlar və “AzerGold” QSC-nin təşkilatçılığı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyilə keçirilən “Arıçılara dəstək” layihəsi barədə məlumatlandırmaq, layihədən yararlanması imkanlarını müəyyənləşdirməkdir. Tədbirdə arıçılıq fəaliyyəti zamanı təsərrüfat sahiblərinin qarşılaşdıqları çətinliklər və onların aradan qaldırılması yolları müzakirə edilib, təşəbbüslərlə bağlı fikir mübadiləsi aparılaraq, təkliflər qeydə alınıb.

Layihə çərçivəsində fermerlərə peşəkarlar tərəfindən metodiki yardımın göstərilməsi, arıxanalarda baytar-sanitar qaydalara uyğun işlərin aparılması, arıçılığa ziyan vuran parazitar xəstəliklərin müalicə və profilaktikası, bu sahə üzrə innovativ yeniliklərin tətbiqi və s. istiqamətlərdə məlumatlılığın artırılması məqsədilə təlimlərin təşkil edilməsi planlaşdırılır. Bununla yanaşı, təlimlərdə iştirak edən kənd sakinlərinə arı ailələri və müvafiq ləvazimatların paylanması, bununla yanaşı, ərazidə nektar verən ağac və kolların əkilməsi nəzərdə tutulur.

Reklam hüququnda

Paylaş:
343

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər