Ermənilər Azərbaycan Ordusunun mövqelərini atəşə tutub | 1news.az | Xəbərlər
Cəmiyyət

Ermənilər Azərbaycan Ordusunun mövqelərini atəşə tutub

Qafar Ağayev13:23 - 04 / 04 / 2022
Ermənilər Azərbaycan Ordusunun mövqelərini atəşə tutub

Aprelin 3-ü saat 23:00-da Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Tovuzqala rayonunun Müsürskənd yaşayış məntəqəsində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Tovuz rayonunun Ağdam yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atəşə tutub.

Müdafiə Nazirliyindən 1news.az-a verilən məlumata görə, Bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.
Ordumuzun sıralarında şəxsi heyət və texnika baxımından itki yoxdur.

Paylaş:
345

Son xəbərlər

Bütün xəbərlər