AMEA-da doktorantura və dissertanturaya qəbul elan edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

AMEA-da doktorantura və dissertanturaya qəbul elan edilib

13:38 - 04 / 04 / 2022
AMEA-da doktorantura və dissertanturaya qəbul elan edilib

Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 mart 2022-ci il tarixli 140s nömrəli sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi təşkilatların 2022-ci il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul planı”na və AMEA Rəyasət Heyətinin 1 aprel 2022-ci il tarixli 8/4nömrəli qərarına əsasən 2022-ci il üçün fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya qəbul elan edib.

1news.az xəbər verir ki, bu barədə AMEA-dan xəbər verilib.

Bildirilib ki, fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya sənədlər 5 aprel - 5 may tarixlərində hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək AMEA-nın müvafiq elmi müəssisələrində qəbul ediləcək.

1news.az

Paylaş:
249

Son xəbərlər

Bütün xəbərlər