Sabahın hava proqnozu açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabahın hava proqnozu açıqlanıb

13:45 - 04 / 04 / 2022
Sabahın hava proqnozu açıqlanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti aprel ayının 5-nə olan hava proqnozunu açıqlayıb.

Departamentdən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Axşam bəzi yerlərdə duman olacaq. Arabir güclənən şimal-qərb küləyi səhər mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 7-10° isti, gündüz 15-18° isti, Bakıda gecə 8-10° isti, gündüz 14-16° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət 60-65 % olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 7-12° isti, gündüz 17-22° isti, dağlarda gecə 2-6° isti, gündüz 9-14° isti olacaq.

1news.az

Paylaş:
246

Son xəbərlər

Bütün xəbərlər