Azərbaycan və Gürcüstan arasında sərhəd buraxılış məntəqələrinin sayı artırılır | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan və Gürcüstan arasında sərhəd buraxılış məntəqələrinin sayı artırılır

S.Xankişiyeva15:33 - 05 / 04 / 2022
Azərbaycan və Gürcüstan arasında sərhəd buraxılış məntəqələrinin sayı artırılır

Azərbaycan və Gürcüstan arasında dövlət sərhədini keçmək üçün 6 buraxılış məntəqəsi müəyyən edilib.

1news.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında Azərbaycan Respublikası və Gürcüstan arasında dövlət sərhədindən buraxılış məntəqələri haqqında” Sazişin təsdiq edilməsi barədə” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, həmin buraxılış məntəqələri aşağıdakılardır: 1. Daimi, beynəlxalq, sərnişin və yük əlaqələri üçün: Dəmiryolu “Böyük-Kəsik(Azərbaycan) - Qardabani (Gürcüstan); Avtomobil yolu - “Qırmızı körpü” (Azərbaycan) – “Krasniy Most” (Gürcüstan); - “Mazımqara” (Azərbaycan) – “Tsodna” (Gürcüstan). 2. Daimi avtomobil, sərnişin və yük əlaqələri üçün birgə, beynəlxalq, avtomobil buraxılış məntəqələri “İpəkyolu” (Azərbaycan) – “Abreşumis Qza” (Gürcüstan); 3. Daimi, dövlətlərarası sərnişin və yük əlaqələri üçün: piyadalar üçün avtomobil; “Sadaxlı” (Azərbaycan) – “Vaxtangisi” (Gürcüstan) 4. Mövsümi dövlətlərarası, sərnişin və yük əlaqələri üçün yalnız sərhədyanı rayonlarda yaşayan vətəndaşlar üçün (yay vaxtı buraxılış rejimi saat 08:00-dan 21:00-dək, qış vaxtı saat -08:00-dan 18:00-dək): piyadalar üçün avtomobil “Muğanlı” (Azərbaycan) – “Samtatskaro” (Gürcüstan). Sənədə əsasən, tərəflərin səlahiyyətli orqanları ayrı-ayrı protokollarla “İpəkyolu” – “Abreşumis Qza” birgə buraxılış məntəqəsindən daşınan mal və nəqliyyat vastitələri ilə bağlı sərhəd və gömrük prosedurlarını tətbiq olunma prinsiplərini müəyyən edəcəklər. Bu saziş onun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə tərəflərin sonuncu yazılı bildirişinin diplomatik kanallar vasitəsilə alındığı tarixdən qüvvəyə minir. Sənəddə qeyd edilib ki, şəxslərin sərhədi avtomobil buraxılış məntəqələrindən keçməsi nəqliyyatdan istifadə etməklə və piyada qaydada həyata keçirilə bilər.

Layihə səsə qoyularaq bir oxunuşda qəbul edilib.

Paylaş:
348

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər