“Araz”ın sevgi payı – FOTO – VİDEO
“Araz” supermarketlər şəbəkəsinin əməkdaşları autizmli uşaqlarla bir gün keçiriblər.
“Araz” supermarketlər şəbəkəsinin əməkdaşları 2 aprel Dünya Autizm Məlumatlandırma Günündə maraqlı təşəbbüslə yadda qalıblar.
Autizm spektri geniş yayılmış inkişaf pozğunluqları (PDD) başlığı altında təsnif edilən bir haldır. Bu hal ilə rastlaşanlar cəmiyyətlə təması sevmir, sosiallaşmır, özünəqapalı olurlar. Onlarla müxtəlif terapiyalar apardıqda öz müsbət nəticəsini verir və autizmli şəxslərdə sosiallaşmaya meyillilik yaranır. Bu terapiyalardan ən effektiv təsirə malik olanı isə İppoterapiya yəni atlarla terapiyadır.
“Araz” supermarketlər şəbəkəsinin əməkdaşları da burdan yola çıxaraq bir gün autizmli uşaqların könüllüsü oldular. Qeyd edək ki “Araz” supermarketlər şəbəkəsinin bu layihəsi pandemiya şərtlərinin sadələşdirilməsinin ardından bu səpkidə təşkil olunan ilk layihələrdəndir. “Bakı Golden Horse” Terapevtik və Tədris Mərkəzində baş tutan layihədə işçilər uşaqların atla terapiyasına dəstək ola biləcək hər növ könüllülük fəliyyətində olublar. Uşaqların at tərkində olan zaman yaşadığı sevinc və xoşbəxtlik isə “Araz” könüllülərini də könüldən sevindirdi. Həmçinin, terapiyanın uşaqların davranışına müsbət təsir göstərməsi anındaca hiss olundu. Bununla da layihə “Araz”ın sevgi payını autizmli uşaqlarla bölüşərək öz məqsədinə çatdı.
Reklam hüququnda